Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirir
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirir
- İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır
- İR tərəfindən yönləndirilən davamiyyət tabel əsasında işçilərin əmək haqqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
- Anbar giriş-çıxış sənədlərin vaxtında və tam olaraq verilməsini təmin etmək və prosesə nəzarət etmək
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat uçotu sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların həyata keçirilməsi
- Bank əməliyyatlarının həyata keçirilməsi, elektron qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsini təşkil edir
- Müqavilələr üzrə hesabların hazırlanması, debitorlar və kreditorlarla hesablaşmaların edilməsi, ödəniş tapşırıqlarının yazılması və qeydiyyatının aparılması
- Mədaxillərin təlimatlara uyğunluğunu və qaimələrin araşdırılmasından sonra gəlirlərin sistemə tanıdılmasını təmin etmək
- Xəstəlik vərəqəsinin işlənilməsi və DSMF - ə təqdim olunması.
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahə üzrə);
- Azərbaycan dilində səlis danışıq, rus dili biliyi üstünlükdür;
- Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- Mühasibatlıq proqramları (Mikro, Excel) üzrə biliklər;
- Analitik düşünmə və problem həll etmə bacarıqları;
- Yüksək təşkilatçılıq və diqqətlilik;
- Komanda ilə işləmək və rəhbərlik bacarığı;
- Yaş həddi: 25-30;
- Retail sahəsində işləməsi arzuolunandır.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün (09:00 - 18:00);
- İş yeri: Azure Business Mərkəzi
- Əmək haqqı: 800-1000 AZN;
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Zəhmət olmasa, CV-nizi mövzu yerində “mühasib” vəzifəsini qeyd etməklə elektron poçtuna göndərin.