V VIP Xidmətlər Qrupu MMC
  • 574

VIP Xidmətlər Qrupu MMC

Digər

Qida təhlükəsizliyi üzrə mütəxəssis

Qida təhlükəsizliyi üzrə mütəxəssis

  • Deadline 10 Oktyabr 2025

Vəzifə öhdəlikləri:

  • Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi sisteminin beynəlxalq standartların tələblərinə - HACCP, ISO 22000, GMP, GHP uyğunluğunu təmin etmək;
  • Qida məhsullarının qəbulunda və realizasiya prosesində kritik nöqtələrini müəyyən etmək və nəzarət mexanizmini tətbiq etmək;
  • İşçi heyətinin sanitar-gigiyenik normalarına riayət etməsinə, avadanlıqların və mətbəx alətlərinin təmiz saxlanmasına nəzarət etmək;
  • Pest kontrolun aparılmasına nəzarət etmək;
  • Aylıq olaraq izlənmə sisteminə aid olan sənədlərn təhlilini aparmaq və hesabatlar hazırlamaq;
  • Daxili auditlərdə iştirak etmək və aşkar olunan uyğunsuzluqları müəyyən edərək tənzimləyici tədbirlər hazırlamaq;
  • Obliqat qrupuna aid əməkdaşların gigiyena sahəsində biliklərinin yoxlanılmasında iştirak etmək;
  • Qida tədarükçülərinin uyğunluğunu qiymətləndirmək, sertifikat və uyğunluq sənədlərini toplanmaq; 
  • Qida məhsullarının saxlanılmasına və sərnişinlərə təqdim olunmasında qanunvericilik və beynəlxalq standartların tələblərinə cavab verilməsini təmin etmək.

Vəzifə tələbləri:

  • Qida mühəndisliyi, Biologiya, Kimya və bənzəri sahələr;
  • MS Office programları (Word, Excell, Outlook) üzrə biliklər;
  • Qida auditi sahəsində ən az 3 il iş təcrübəsi;
  • Azərbaycan dili, ingilis və rus dilləri (B1-B2);
  • Qida təhlükəsizliyi sistemləri üzrə HACCP, ISO 22000, GMP, GHP standartlarının tələblərini bilmək. Sahənin beynəlxalq sertifikatlarına sahib olmaq üstünlükdür;
  • AQTİ tərəfindən verilmiş təlimlər üzrə sertifikatlara sahib olmaq;
  • Problem həll etmə və risk qiymətləndirmə bacarığı;
  • Yaxşı sənədləşdirmə və hesabat tərtibi bacarığı.

Əmək şəraiti:

  • Əmək haqqı: 1300 AZN (gross);
  • İş rejimi: 5 günlük (09:00-18:00); 
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Təminatlar:

  • Ümumi xidməti nəqliyyat;
  • Naharla təmin etmə;
  • Hava limanı ərazisinə ödənişsiz giriş-çıxış kartı;
  • Hava limanı ərazisində avtomobil parklama imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily58
  • Weekly309
  • Monthly2190