Vision Academy tərəfindən təşkil olunan 5 aylıq Backend Developer üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Ali təhsilli, öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Backend development sahəsinə marağı olan şəxslər.
- Kodlaşdırma bacarığını inkişaf etdirmək istəyən şəxslər.
- Karyerasını bu sahədə qurmaq istəyən məsuliyyətli və yaradıcı şəxslər
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Backend İnkişafının Əsasları:
- Server, müştəri və verilənlər bazası anlayışları.
- API-lərin yaradılması və inteqrasiyası.
- Backend arxitekturası və layihələndirmə prinsipləri.
- RESTful xidmətlər və HTTP protokolu.
Proqramlaşdırma Dilləri və Framework-lər:
- Python/Django, Node.js, PHP, Laravel, Java və ya digər aktual texnologiyalar.
- ORM (Object Relational Mapping) alətləri.
- Verilənlər bazası ilə əlaqə (MySQL, PostgreSQL, MongoDB).
- GIT və versiya nəzarət sistemləri ilə iş.
Təhlükəsizlik və Performans:
- Verilənlərin qorunması və autentifikasiya sistemləri.
- Kod optimizasiyası və performans təkmilləşdirmə.
- Hosting və deployment prosesi.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 5 ay davam edəcək.
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 440 saat olacaq.
- 5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Yanaşma – Real backend layihələri üzərində işləmə imkanı.
- Mentor Dəstəyi – Sahə üzrə təcrübəli proqramçılardan fərdi yönləndirmə.
- Portfolio Yaratmaq – İşə qəbulda üstünlük verəcək layihələr.
- Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: