Vision Academy tərəfindən təşkil olunan 1.5 aylıq Barmen peşəsi üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər..
- Yaş həddi: 18-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər.
- Orta vəya ali təhsilli şəxslər
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Barmen sahəsinə marağı olan və bu sahədə işləmək istəyən şəxslər.
- Sürətli və məsuliyyətli iş mühitinə uyğunlaşa bilən şəxslər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Barmenlik Peşəsinin Əsasları:
- Barmenin öhdəlikləri və məsuliyyətləri.
- İş yerində gigiyena və təhlükəsizlik qaydaları
- Avadanlıqların tanıdılması və düzgün istifadəsi..
İçki Hazırlama Bacarıqları:
- Alkoqollu və alkokokteyllərin hazırlanması.
- Klassik və müasir reseptlərlə işləmək bacarığı.
- İstifadə olunan inqrediyentlərin tanıdılması.
- Qarışdırma texnikaları, təqdimat və servis qaydaları.
Müştəri Xidməti və Peşəkar Davranış:
- Müştəri ilə effektiv ünsiyyət.
- Sifarişin düzgün qəbulu və vaxtında hazırlanması.
- Komanda ilə birlikdə işləmə qaydalarının öyrədilməsi.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 1.5 ay davam edəcək
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 120 saat olacaq.
- 1.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Real Təcrübə – Bar şəraitində praktik məşğələlər.
- Peşəkar Mentorlar – Təcrübəli barmenlərin rəhbərliyi altında təlim.
- Sertifikat – Proqramı uğurla tamamlayanlara təqdim olunur.
- Karyera Dəstəyi-Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: