"Vision Academy” tərəfindən təşkil olunan 2 ay davam edən HR (İnsan Resursları) Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
- Yaş həddi: 21-30.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər.
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Ali təhsilli və İnsan resursları sahəsində karyera qurmaq istəyənlər.
- HR sahəsində ilk addımlarını atmaq istəyənlər.
- Aktiv və məsuliyyətli gənclər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
A. Əmək Münasibətlərinin İdarə Edilməsi və Əmək Qanunvericiliyi:
- Əmək müqavilələrinin hazırlanması və idarə olunması;
- İşçi və işəgötürənin hüquq və vəzifələri;
- İş vaxtı, məzuniyyətlər və əmək haqqının tənzimlənməsi;
- ƏMAS platformasında əməliyyatların aparılması;
- Əmək qanunvericiliyinin praktiki tətbiqi;
B. İşə Qəbul və Namizəd Seçimi (Recruitment & Selection):
- Vakansiya ehtiyaclarının müəyyənləşdirilməsi;
- Vakansiya elanlarının hazırlanması və yerləşdirilməsi;
- CV-lərin təhlili və ilkin seçim mərhələsi;
- Müsahibə növləri və Müsahibələrin planlaşdırılması və aparılması qaydaları.
- Namizədlərin qiymətləndirilməsi və seçim metodları ;
- İş təklifinin hazırlanması və işə qəbul prosesinin idarə olunması;
C. HR İnformasiya Sistemləri və Rəqəmsal Həllər:
- HRM və ATS sistemləri ilə işləmə prinsipləri;
- İnsan resursları proseslərinin rəqəmsallaşdırılması;
- Elektron sənəd dövriyyəsinin idarə olunması;
- HR analitikası və hesabatların hazırlanması;
D. Performans İdarəetməsi və İşçi Motivasiyası:
- KPI, OKR və digər performans göstəriciləri;
- Performansın qiymətləndirilməsi metodları;
- İşçi motivasiyası və bağlılığının artırılması üsulları;
- Mükafatlandırma və tanınma proqramları;
E. Təlim, İnkişaf və Karyera İdarəetməsi:
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi;
- Təlim və inkişaf proqramlarının hazırlanması.
- Karyera planlaşdırılması və inkişaf yolları;
- İstedadların idarə olunması (Talent Management);
- İşçi saxlama və davamlı inkişaf strategiyaları.
3) Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
- Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Peşə Hazırlığı proqramı 2 ay davam edəcək.
- Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olacaq, ümumilikdə isə 176 saat olacaq.
- 2 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Yanaşma – HR sahəsinin əsas prosesləri (işə qəbul, sənədləşmə, performans qiymətləndirmə və s.) real nümunələr üzərindən öyrədilir.
- Fərdi Yanaşma – Hər bir iştirakçının inkişaf ehtiyacına uyğun mentor dəstəyi təmin olunur.
- Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Şəbəkələşmə İmkanı – HR sahəsində çalışan mütəxəssislərlə tanışlıq və peşəkar əlaqələrin qurulması üçün platforma.
- Sertifikat – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Veb sayt: www.visionacademy.az
Əlaqə nömrəsi: 010 7253232
Sosial Media Hesablar: