Vision Academy Vision Academy
  • 628

İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı

İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı

  • Deadline 16 İyul 2026

"Vision Academy” tərəfindən təşkil olunan 2 ay davam edən  HR (İnsan Resursları) Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
  • Yaş həddi: 21-30.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Ali təhsilli və İnsan resursları sahəsində karyera qurmaq istəyənlər.
  •  HR sahəsində ilk addımlarını atmaq istəyənlər.
  • Aktiv və məsuliyyətli gənclər.

2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Əmək Münasibətlərinin İdarə Edilməsi və Əmək Qanunvericiliyi:

  • Əmək müqavilələrinin hazırlanması və idarə olunması; 
  • İşçi və işəgötürənin hüquq və vəzifələri;
  • İş vaxtı, məzuniyyətlər və əmək haqqının tənzimlənməsi;
  • ƏMAS platformasında əməliyyatların aparılması;
  • Əmək qanunvericiliyinin praktiki tətbiqi;

B. İşə Qəbul və Namizəd Seçimi (Recruitment & Selection):

  • Vakansiya ehtiyaclarının müəyyənləşdirilməsi; 
  • Vakansiya elanlarının hazırlanması və yerləşdirilməsi;
  • CV-lərin təhlili və ilkin seçim mərhələsi;
  • Müsahibə növləri və Müsahibələrin planlaşdırılması və aparılması qaydaları.
  • Namizədlərin qiymətləndirilməsi və seçim metodları ;  
  • İş təklifinin hazırlanması və işə qəbul prosesinin idarə olunması;

C. HR İnformasiya Sistemləri və Rəqəmsal Həllər:

  • HRM və ATS sistemləri ilə işləmə prinsipləri;
  • İnsan resursları proseslərinin rəqəmsallaşdırılması;
  • Elektron sənəd dövriyyəsinin idarə olunması;
  • HR analitikası və hesabatların hazırlanması;

D.  Performans İdarəetməsi və İşçi Motivasiyası:

  • KPI, OKR və digər performans göstəriciləri;
  • Performansın qiymətləndirilməsi metodları;
  • İşçi motivasiyası və bağlılığının artırılması üsulları;
  • Mükafatlandırma və tanınma proqramları;

E. Təlim, İnkişaf və Karyera İdarəetməsi:

  • Təlim ehtiyaclarının müəyyənləşdirilməsi; 
  • Təlim və inkişaf proqramlarının hazırlanması.
  • Karyera planlaşdırılması və inkişaf yolları;
  • İstedadların idarə olunması (Talent Management); 
  • İşçi saxlama və davamlı inkişaf strategiyaları.

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
  • Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Peşə Hazırlığı proqramı 2 ay davam edəcək.
  • Peşə Hazırlığı proqramı  hər gün 4 saat və  həftədə  5 dəfə olacaq, ümumilikdə isə 176 saat  olacaq.
  • 2 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Yanaşma – HR sahəsinin əsas prosesləri (işə qəbul, sənədləşmə, performans qiymətləndirmə və s.) real nümunələr üzərindən öyrədilir.
  • Fərdi Yanaşma – Hər bir iştirakçının inkişaf ehtiyacına uyğun mentor dəstəyi təmin olunur.
  • Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Şəbəkələşmə İmkanı – HR sahəsində çalışan mütəxəssislərlə tanışlıq və peşəkar əlaqələrin qurulması üçün platforma.
  • Sertifikat – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Veb sayt: www.visionacademy.az

Əlaqə nömrəsi: 010 7253232

Sosial Media Hesablar:

  • Daily55
  • Weekly222
  • Monthly1668