Vision Academy Vision Academy
  • 1.7K

Vision Academy

Education

İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

  • Deadline 21 July 2025

"Vision Academy” tərəfindən təşkil olunan 2 ay davam edən  HR (İnsan Resursları) Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Ali təhsilli şəxslər  ( İnsan resursları sahəsində karyera qurmaq istəyənlər).
  • HR sahəsində ilk addımlarını atmaq istəyənlər.
  • Aktiv və məsuliyyətli gənclər.

Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

Əmək Qanunvericiliyi və Rəsmi Sənədləşmə:

  • Əmək müqavilələri.
  • İşçi hüquqları və vəzifələri.
  • İş saatları, məzuniyyətlər, əmək haqqı sistemi.
  • Əmas elektron sistemində əməliyyatlar.

İşə Qəbul (Recruitment & Selection):

  • Vakansiyaların hazırlanması və yerləşdirilməsi.
  • CV-lərin təhlili.
  • Müsahibə növləri və keçirilməsi qaydaları.
  • Namizəd dəyərləndirmə meyarları.

HR Texnologiyaları və Rəqəmsal Alətlər:

  • HRM proqramları ilə tanışlıq.
  • HR işlərinin avtomatlaşdırılması.
  • Elektron sənəd dövriyyəsi sistemləri.

Performansın Qiymətləndirilməsi və İşçi Motivasiya Sistemi:

  • KPI və performans göstəriciləri.
  • Qiymətləndirmə metodikaları.
  • Motivasiya üsulları və işçi məmnuniyyəti.

Karyera Planlaması və İşçi İnkişafı:

  • Karyera yolunun qurulması.
  • Təlim və inkişaf planları.
  • Talent management və işçi saxlama strategiyaları.

Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 2 ay davam edəcək.
  • Təlim təcrübə proqramı  hər gün 4 saat və  həftədə  5 dəfə olacaq, ümumilikdə isə 176 saat  olacaq.
  • 2 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Yanaşma – HR sahəsinin əsas prosesləri (işə qəbul, sənədləşmə, performans qiymətləndirmə və s.) real nümunələr üzərindən öyrədilir.
  • Fərdi Yanaşma – Hər bir iştirakçının inkişaf ehtiyacına uyğun mentor dəstəyi təmin olunur.
  • Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Şəbəkələşmə İmkanı – HR sahəsində çalışan mütəxəssislərlə tanışlıq və peşəkar əlaqələrin qurulması üçün platforma.
  • Sertifikat – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Sosial Media Hesablar:

htps://instagram.com/vision.karyera

https://instagram.com/visionacademyaz

  • Daily77
  • Weekly77
  • Monthly1838