"Vision Academy” tərəfindən təşkil olunan 2 ay davam edən HR (İnsan Resursları) Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Ali təhsilli şəxslər ( İnsan resursları sahəsində karyera qurmaq istəyənlər).
- HR sahəsində ilk addımlarını atmaq istəyənlər.
- Aktiv və məsuliyyətli gənclər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Əmək Qanunvericiliyi və Rəsmi Sənədləşmə:
- Əmək müqavilələri.
- İşçi hüquqları və vəzifələri.
- İş saatları, məzuniyyətlər, əmək haqqı sistemi.
- Əmas elektron sistemində əməliyyatlar.
İşə Qəbul (Recruitment & Selection):
- Vakansiyaların hazırlanması və yerləşdirilməsi.
- CV-lərin təhlili.
- Müsahibə növləri və keçirilməsi qaydaları.
- Namizəd dəyərləndirmə meyarları.
HR Texnologiyaları və Rəqəmsal Alətlər:
- HRM proqramları ilə tanışlıq.
- HR işlərinin avtomatlaşdırılması.
- Elektron sənəd dövriyyəsi sistemləri.
Performansın Qiymətləndirilməsi və İşçi Motivasiya Sistemi:
- KPI və performans göstəriciləri.
- Qiymətləndirmə metodikaları.
- Motivasiya üsulları və işçi məmnuniyyəti.
Karyera Planlaması və İşçi İnkişafı:
- Karyera yolunun qurulması.
- Təlim və inkişaf planları.
- Talent management və işçi saxlama strategiyaları.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 2 ay davam edəcək.
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olacaq, ümumilikdə isə 176 saat olacaq.
- 2 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Yanaşma – HR sahəsinin əsas prosesləri (işə qəbul, sənədləşmə, performans qiymətləndirmə və s.) real nümunələr üzərindən öyrədilir.
- Fərdi Yanaşma – Hər bir iştirakçının inkişaf ehtiyacına uyğun mentor dəstəyi təmin olunur.
- Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Şəbəkələşmə İmkanı – HR sahəsində çalışan mütəxəssislərlə tanışlıq və peşəkar əlaqələrin qurulması üçün platforma.
- Sertifikat – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: