Vision Academy Vision Academy
  • 852

Vision Academy

Təhsil

İnteryer Eksteryer Dizayn üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

İnteryer Eksteryer Dizayn üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

  • Deadline 21 İyul 2025

Vision Academy tərəfindən təşkil olunan 4 aylıq İnteryer və Eksteryer Dizayn üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-30.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Ali təhsilli,öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • İnteryer və eksteryer dizayn sahəsində bilik və təcrübə qazanmaq istəyənlər.
  •  Dizayn, memarlıq və ya əlaqəli ixtisaslarda təhsil alan və ya yeni məzunlar.
  • AutoCAD, SketchUp və digər dizayn proqramlarını öyrənmək arzusunda olanlar.
  •  Karyerasını dizayn sahəsində qurmaq istəyən motivasiyalı şəxslər.

Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

Dizaynın Əsasları və Prinsipləri:

  • Dizayn elementləri və prinsipləri.
  • Rəng nəzəriyyəsi və material seçimi.
  • İşıqlandırma və məkanların funksional dizaynı.
  • Sketch və konsept hazırlığı.

İnteryer və Eksteryer Dizayn Texnologiyaları:

  • AutoCAD, SketchUp, 3Ds Max kimi proqramlarda işləmək.
  • Layihələrin hazırlanması və təqdimatı.
  • Məkanların planlaşdırılması və modelləşdirilməsi.
  • Müştəri tələblərinə uyğun dizaynın hazırlanması.

Praktiki Layihələr və Portfolio Yaradılması:

  • Real dizayn layihələri üzərində iş.
  • Eksteryer və peyzaj dizaynı əsasları.
  • Portfolio üçün işlərin tərtibatı və təqdimatı.

Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 4 ay davam edəcək.
  • Təlim təcrübə proqramı hər gün 4 saat  həftədə  5 dəfə olmaqla, ümumilikdə  320 saat  olacaq.
  • 4 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Təcrübə – Real layihələr üzərində iş və peşəkar məsləhətlər.
  • Mentor Dəstəyi – Təcrübəli dizaynerlərdən fərdi rəhbərlik və dəstək.
  • Portfolio Yaradılması – Karyera üçün vacib sənədin hazırlanması.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara sertifikat təqdim olunur.

Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Sosial Media Hesablar:

https://instagram.com/vision.karyera

https://instagram.com/visionacademyaz

  • Daily111
  • Weekly111
  • Monthly1871