Vision Academy tərəfindən təşkil olunan 4 aylıq İnteryer və Eksteryer Dizayn üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-30.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Ali təhsilli,öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- İnteryer və eksteryer dizayn sahəsində bilik və təcrübə qazanmaq istəyənlər.
- Dizayn, memarlıq və ya əlaqəli ixtisaslarda təhsil alan və ya yeni məzunlar.
- AutoCAD, SketchUp və digər dizayn proqramlarını öyrənmək arzusunda olanlar.
- Karyerasını dizayn sahəsində qurmaq istəyən motivasiyalı şəxslər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Dizaynın Əsasları və Prinsipləri:
- Dizayn elementləri və prinsipləri.
- Rəng nəzəriyyəsi və material seçimi.
- İşıqlandırma və məkanların funksional dizaynı.
- Sketch və konsept hazırlığı.
İnteryer və Eksteryer Dizayn Texnologiyaları:
- AutoCAD, SketchUp, 3Ds Max kimi proqramlarda işləmək.
- Layihələrin hazırlanması və təqdimatı.
- Məkanların planlaşdırılması və modelləşdirilməsi.
- Müştəri tələblərinə uyğun dizaynın hazırlanması.
Praktiki Layihələr və Portfolio Yaradılması:
- Real dizayn layihələri üzərində iş.
- Eksteryer və peyzaj dizaynı əsasları.
- Portfolio üçün işlərin tərtibatı və təqdimatı.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 4 ay davam edəcək.
- Təlim təcrübə proqramı hər gün 4 saat həftədə 5 dəfə olmaqla, ümumilikdə 320 saat olacaq.
- 4 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Təcrübə – Real layihələr üzərində iş və peşəkar məsləhətlər.
- Mentor Dəstəyi – Təcrübəli dizaynerlərdən fərdi rəhbərlik və dəstək.
- Portfolio Yaradılması – Karyera üçün vacib sənədin hazırlanması.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara sertifikat təqdim olunur.
Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: