Vision Academy Vision Academy

Vision Academy

Təhsil

Kompüter Operatoru üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

Kompüter Operatoru üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

  • Deadline 21 İyul 2025

Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Kompüter Operatoru Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-32.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Orta vəya ali təhsilli şəxslər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Kompüter operatorluğu sahəsində bilik və bacarıq əldə etmək istəyənlər.
  • Administrativ vəzifə üzrə karyera qurmaq istəyənlər.

Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

Kompüter Operatorluğu:

  • Ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (MS Word, Excel, PowerPoint).
  • Elektron sənədləşmə və arxivləşdirmə.
  • Məlumatların emalı və hesabatların hazırlanması.
  • Cədvəllərin, şəkillərin, qrafiklərin əlavə edilməsi və tərtibatı.
  • Yazışma və sənəd tərtibi standartları.
  • Qrafiklərin, diaqramların yaradılması.
  • Elektron poçt və bulud sistemlərində (Google Drive, OneDrive və s.) sənədlərin saxlanması və paylaşılması.
  • Ofis avadanlıqlarından düzgün istifadə və texniki dəstək

Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 3 ay davam edəcək.
  • Təlim təcrübə proqramı hər gün 4 saat həftədə  5 dəfə olmaqla,  ümumilikdə isə 264 saat  olacaq.
  • 3 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Təcrübə – Real iş şəraiti və nümunələr əsasında təlim.
  • Fərdi Mentor Dəstəyi – Təcrübəli mütəxəssislər tərəfindən rəhbərlik.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Proqramı uğurla bitirənlərə sertifikat təqdim olunur.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman 

Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Sosial Media Hesablar:

https://instagram.com/vision.karyera

https://instagram.com/visionacademyaz

  • Daily45
  • Weekly45
  • Monthly1807