Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı

  • Истекает 16 июль 2026

Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Əməliyyatçı-Mühasib Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
  • Yaş həddi: 21-30.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Mühasibat sahəsində biliklərini artırmaq və praktiki təcrübə qazanmaq istəyənlər.
  • Ali təhsilli şəxslər və karyerasını mühasibat  və maliyyə sahəsində qurmaq istəyənlər.
  • Aktiv və məsuliyyətli gənclər.

2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Mühasibat Uçotunun Əsasları və Maliyyə Sənədləşməsi:

  • Mühasibat uçotunun əsas prinsipləri və uçot siyasəti;
  • İlkin uçot sənədlərinin hazırlanması və işlənməsi
  • Hesabatların hazırlanması və yoxlanılması.
  • Əməliyyatların uçota alınması (pul, mal, xidmət əməliyyatları).
  • Maliyyə sənədlərinin düzgün tərtibi, saxlanılması və arxivləşdirilməsi;

B. Maliyyə Əməliyyatlarının İdarə Edilməsi və Sənədləşmə:

  • Gəlir və xərc əməliyyatlarının qeydiyyatı;
  • Kassa və bank əməliyyatlarının aparılması;
  • Debitor və kreditor borclarının uçotu;
  • Mal-material hərəkətinin və anbar əməliyyatlarının uçotu;   
  • Əmək haqqı və ezamiyyə əməliyyatlarının uçota alınması;
  • Vergi sənədlərinin hazırlanması və təqdimatı;
  • Mühasibat proqramlarında (1C və digər ERP sistemləri) əməliyyatların icrası;

C. Vergi Uçotu və Hesabatlılıq:

  • Vergi qanunvericiliyinin əsasları;
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • ƏDV, sadələşdirilmiş vergi və digər vergi növləri üzrə əməliyyatlar; 
  • Elektron vergi xidmətləri ilə işləmə qaydaları 

D. Maliyyə Hesabatları və Analitik Bacarıqlar^

  • Maliyyə hesabatlarının hazırlanması prinsipləri; 
  • Mənfəət və zərər hesabatının tərtibi; 
  • Balans hesabatının hazırlanması və təhlili;

 3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
  • Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Peşə Hazırlığı proqramı 3 ay davam edəcək.
  • Peşə Hazırlığı proqramı  hər gün 4 saat və  həftədə  5 dəfə olmaqla, ümumilikdə 264 saat  olacaq.
  • 3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Yanaşma – Mühasibat və əməliyyat işləri real nümunələr üzərindən öyrədilir.
  • Mentor Dəstəyi – Təcrübəli mühasiblərdən fərdi rəhbərlik və dəstək.
  • İş Bacarıqlarının İnkişafı – Müxtəlif mühasibat proqramları və əməliyyatların idarə olunması.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Proqramı tamamlayanlara təcrübə sertifikatı təqdim olunur.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Veb sayt: www.visionacademy.az

Əlaqə nömrəsi: 010 7253232

Sosial Media Hesablar:

  • Daily1
  • Weekly310
  • Monthly1755