Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Əməliyyatçı-Mühasib Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
- Yaş həddi: 21-30.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Mühasibat sahəsində biliklərini artırmaq və praktiki təcrübə qazanmaq istəyənlər.
- Ali təhsilli şəxslər və karyerasını mühasibat və maliyyə sahəsində qurmaq istəyənlər.
- Aktiv və məsuliyyətli gənclər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
A. Mühasibat Uçotunun Əsasları və Maliyyə Sənədləşməsi:
- Mühasibat uçotunun əsas prinsipləri və uçot siyasəti;
- İlkin uçot sənədlərinin hazırlanması və işlənməsi
- Hesabatların hazırlanması və yoxlanılması.
- Əməliyyatların uçota alınması (pul, mal, xidmət əməliyyatları).
- Maliyyə sənədlərinin düzgün tərtibi, saxlanılması və arxivləşdirilməsi;
B. Maliyyə Əməliyyatlarının İdarə Edilməsi və Sənədləşmə:
- Gəlir və xərc əməliyyatlarının qeydiyyatı;
- Kassa və bank əməliyyatlarının aparılması;
- Debitor və kreditor borclarının uçotu;
- Mal-material hərəkətinin və anbar əməliyyatlarının uçotu;
- Əmək haqqı və ezamiyyə əməliyyatlarının uçota alınması;
- Vergi sənədlərinin hazırlanması və təqdimatı;
- Mühasibat proqramlarında (1C və digər ERP sistemləri) əməliyyatların icrası;
C. Vergi Uçotu və Hesabatlılıq:
- Vergi qanunvericiliyinin əsasları;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- ƏDV, sadələşdirilmiş vergi və digər vergi növləri üzrə əməliyyatlar;
- Elektron vergi xidmətləri ilə işləmə qaydaları
D. Maliyyə Hesabatları və Analitik Bacarıqlar^
- Maliyyə hesabatlarının hazırlanması prinsipləri;
- Mənfəət və zərər hesabatının tərtibi;
- Balans hesabatının hazırlanması və təhlili;
3) Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
- Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Peşə Hazırlığı proqramı 3 ay davam edəcək.
- Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq.
- 3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Yanaşma – Mühasibat və əməliyyat işləri real nümunələr üzərindən öyrədilir.
- Mentor Dəstəyi – Təcrübəli mühasiblərdən fərdi rəhbərlik və dəstək.
- İş Bacarıqlarının İnkişafı – Müxtəlif mühasibat proqramları və əməliyyatların idarə olunması.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Sertifikat – Proqramı tamamlayanlara təcrübə sertifikatı təqdim olunur.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Veb sayt: www.visionacademy.az
Əlaqə nömrəsi: 010 7253232
Sosial Media Hesablar: