Vision Academy ödənişli təcrübə proqramı elan edir!
Vision Academy 2009-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən öz məqsədinə sadiq qalaraq elm və bilik öyrənmək istəyənlərin əsas seçimlərindən biridir. Mərkəzimizin əsas hədəflərindən biri də ölkəmizin təhsil və karyera sisteminin inkişafına dəstək vermək, bu sahədə yeniliklər yaratmaqdır.
Karyeranızda yeni imkanlara yol açmaq istəyirsinizsə tələsin!
“Korporativ satış” və “təhsil proqramları” üzrə təcrübə qazanmaq istəyən gəncləri komandamıza dəvət edirik!
- Təcrübə proqramının müddəti: 3 ay;
- Təcrübə proqramı müddətində təcrübəçiyə təqaüd veriləcək;
- Təcrübə proqramını bitirənlərə tövsiyyə məktubu veriləcək;
- Uğurla bitirənlərə iş təklifi ediləcək;
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblər:
- Universitetə qəbul balı: 550+ olanlara üstünlük verilir.
Müraciət üçün seçdiyiniz sahənin adını qeyd edərək (məs: Korporativ satış təcrübə proqramı) elektron poçt ünvanına cv göndərməyiniz xahiş olunur.