Vision Academy Vision Academy
  • 633

Vision Academy

Təhsil

Ofisiant üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

Ofisiant üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

  • Deadline 21 İyul 2025

Vision Academy tərəfindən təşkil olunan 1.5 aylıq Ofisiant peşəsi üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 18-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Orta vəya ali təhsilli şəxslər
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Restoran sahəsində işləmək istəyənlər.
  • Ünsiyyətcil və məsuliyyətli şəxslər.
  • Müştəri məmnuniyyətinə önəm verənlər.

Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

Ofisiant Peşəsinin Əsasları:

  • Ofisiantın vəzifə öhdəlikləri və xidmət prinsipləri.
  • Masa düzülüşü və servisin mərhələləri.
  • Menyu ilə işləmə və məhsul bilikləri.
  • Gigiyena və təhlükəsizlik standartları.

Müştəri Xidməti və Ünsiyyət Bacarıqları:

  • Müştəri ilə nəzakətli və peşəkar ünsiyyət.
  • Sifarişin düzgün qəbulu və vaxtında çatdırılması.
  • Problemli situasiyalarda düzgün yanaşma.
  • Qonaqpərvərlik və xidmət keyfiyyətinin artırılması.

Komandada İşləmə və İş Prosesi:

  • Mətbəx və zal arasında koordinasiya.
  • Komanda daxilində əməkdaşlıq.
  • Kassa və ödəmə sistemləri ilə tanışlıq.
  • Növbə və iş qrafiklərinin təşkili.

Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 1.5 ay davam edəcək 
  • Təlim təcrübə proqramı  hər gün 4 saat və  həftədə  5 dəfə olmaqla, ümumilikdə  120 saat  olacaq.
  • 1.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Təlim – Restoran şəraitində real müştəri xidməti təcrübəsi.
  • Peşəkar Mentorluq – Təcrübəli ofisiantlar və menecerlər tərəfindən yönləndirmə.
  • Sertifikat – Proqramı uğurla tamamlayanlara təqdim olunur.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Qeydiyyat üçün Müraciət Et dyüməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Sosial Media Hesablar:

https://instagram.com/vision.karyera

https://instagram.com/visionacademyaz

  • Daily43
  • Weekly43
  • Monthly1805