"Vision Academy” tərəfindən təşkil olunan 4 aylıq Qrafik Dizayn üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir. Bu proqram sizə real layihələr üzərində işləyərək peşəkar təcrübə qazanmaq imkanı təqdim edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Qrafik dizayna marağı olan, öyrənmək və inkişaf etmək istəyən ali təhsilli şəxslər.
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Kompüterdə baza bilikləri olan namizədlər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Qrafik Dizayna Giriş:
- Kompozisiya və rəng nəzəriyyəsi.
- Brendinq və vizual üslub anlayışları.
- Kreativ düşüncə və eskiz hazırlığı.
Proqram Bacarıqları:
- Adobe Photoshop, Illustrator və InDesign-ın əsasları.
- Canva ilə sosial media dizaynları.
- Mockuplar, poster, broşur və vizitkart dizaynı.
Real Layihələrlə Təcrübə:
- Brend üçün loqo dizaynı.
- Sosial media üçün post şablonları.
- Portfolionun hazırlanması və təqdimat bacarığı.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 4 ay davam edəcək.
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla ümumilikdə 360 saat olacaq.
- 4 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Təcrübə -Real müştəri yönümlü tapşırıqlar.
- Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesblar: