Vision Academy Vision Academy
  • 714

Vision Academy

Təhsil

Satıcı və Nəzarətçi-Xəzinədar (Ərzaq və Qeyri-ərzaq Mallar üzrə) üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

Satıcı və Nəzarətçi-Xəzinədar (Ərzaq və Qeyri-ərzaq Mallar üzrə) üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

  • Deadline 21 İyul 2025

Vision Academy tərəfindən təşkil olunan 1.5 aylıq Satıcı və Nəzarətçi-xəzinədar (ərzaq və qeyri-ərzaq sahəsi üzrə)  üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 18-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər. 
  • Orta və ya ali təhsilli şəxslər
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Satış və xəzinədar sahəsində işləmək istəyənlər.
  • Ticarət sahəsində öz karyerasını qurmaq istəyən şəxslər.

Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

Satıcı (Ərzaq və Qeyri-Ərzaq sahəsi üzrə):

  • Məhsul təqdimatı və satışı üzrə əsas prinsiplər.
  • Müştəri xidməti və satışda ünsiyyət bacarıqları.
  • Məhsulun çeşidlənməsi, vitrində düzülməsi və stok idarəetməsi.
  • Etiket və qiymət nəzarəti, məhsul tarixi və keyfiyyətə nəzarət.
  • Kassa sistemləri ilə işləmə qaydaları.
  • Nağd və qeyri-nağd ödənişlərin icrası.
  • Gündəlik kassa hesabatlarının hazırlanması.
  • Müştəri ilə xoş münasibət.

Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 1.5 ay davam edəcək 
  • Təlim təcrübə proqramı  hər gün 4 saat və  həftədə  5 dəfə olmaqla, ümumilikdə  120 saat  olacaq.
  • 1.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Təcrübə – Real satış mühiti şəraitində təlim.
  • Peşəkar Rəhbərlik – Təcrübəli mentorlarla birgə işləmə imkanı.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara təqdim olunur..
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Sosial Media Hesablar:

https://instagram.com/vision.karyera

https://instagram.com/visionacademyaz

  • Daily26
  • Weekly26
  • Monthly1788