Vision Academy tərəfindən təşkil olunan 1.5 aylıq Satıcı və Nəzarətçi-xəzinədar (ərzaq və qeyri-ərzaq sahəsi üzrə) üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 18-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Orta və ya ali təhsilli şəxslər
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Satış və xəzinədar sahəsində işləmək istəyənlər.
- Ticarət sahəsində öz karyerasını qurmaq istəyən şəxslər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Satıcı (Ərzaq və Qeyri-Ərzaq sahəsi üzrə):
- Məhsul təqdimatı və satışı üzrə əsas prinsiplər.
- Müştəri xidməti və satışda ünsiyyət bacarıqları.
- Məhsulun çeşidlənməsi, vitrində düzülməsi və stok idarəetməsi.
- Etiket və qiymət nəzarəti, məhsul tarixi və keyfiyyətə nəzarət.
- Kassa sistemləri ilə işləmə qaydaları.
- Nağd və qeyri-nağd ödənişlərin icrası.
- Gündəlik kassa hesabatlarının hazırlanması.
- Müştəri ilə xoş münasibət.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 1.5 ay davam edəcək
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 120 saat olacaq.
- 1.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Təcrübə – Real satış mühiti şəraitində təlim.
- Peşəkar Rəhbərlik – Təcrübəli mentorlarla birgə işləmə imkanı.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara təqdim olunur..
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: