Əsas öhdəliklər:
- Satış prosesinin başlanğıcdan yekunlaşana qədər izlənilməsi və nəzarət edilməsi;
- Korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi;
- Mövcud müştəri bazasının idarə olunması və müştəri münasibətlərinin qorunması;
- Tələbə məmnuniyyətinin artırılması üçün strategiyaların hazırlanmasında iştirak;
- Təhsil bazarının, müştəri tələblərinin və rəqabət mühitinin davamlı izlənilməsi.
- Rəqiblərin bazar fəaliyyətinin araşdırılması
- Satış prosesindən əldə olunan rəqəmsal məlumatların idarə edilməsi və təhlili;
- Satış və marketinq fəaliyyətlərinin koordinasiyası;
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Müştərilərlə sosial şəbəkələr, telefon və üz-üzə görüşlər vasitəsilə satış prosesinin aparılması;
- Daxil olan müraciətlərin (zənglər və sosial media üzərindən) operativ və peşəkar cavablandırılması;
Kvalifikasiya tələbləri:
- Təhsili: Ali təhsil;
- İş təcrübəsi: Təhsil sahəsində Satış meneceri olaraq minimum 2 il iş təcrübəsi;
- Yaş həddi: 20–40.
Tələb olunan bilik və bacarıqlar:
- Satışın idarə edilməsi bacarığı;
- Satış texnikaları üzrə biliklər;
- Ünsiyyət bacarığı;
- İnandırma bacarığı;
- Problem həll etmə bacarığı;
- Təqib etmə bacarığı;
- Azərbaycan dili – səlis;
- Rus və İngilis dillərini bilməsi üstünlükdür;
Təklif edirik:
- Əmək haqqı: 800-1200; (net əmək haqqı+KPİ sistemi)
- ARƏM uyğun rəsmi işə qəbul;
- 6 günlük iş qrafiki;
- Karyera inkişaf imkanı;
- Dinamik və inkişafyönümlü iş mühiti.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov küçəsi 25A.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış Meneceri” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.