Vision Academy Vision Academy
  • 969

Vision Academy

Təhsil

SMM üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

SMM üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

  • Deadline 21 İyul 2025

Vision Academy tərəfindən təşkil olunan 2 aylıq Sosial Media Marketinq üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Sosial media marketinq mütəxəssisi olmaq və bu sahədə praktiki bacarıq qazanmaq istəyən ali təhsilli şəxslər.
  • Kreativ, ünsiyyətcil və sosial media platformalarında fəal olan şəxslər.
  • Rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlər.

Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

Sosial Media Strategiyası və Planlaşdırma:

  • Sosial media platformalarının xüsusiyyətləri.
  • Kontent planının hazırlanması və idarə olunması.
  • Hədəf auditoriyanın müəyyənləşdirilməsi.
  • Reklam kampaniyalarının təşkili və izlənməsi.

Kontent Yaratma və İdarəetmə:

  • Kreativ kontent və vizualların hazırlanması.
  • Copywriting və mesajlaşma texnikaları.
  • Sosial media üçün foto və video materialların redaktəsi.
  • Postların optimallaşdırılması və vaxtında yayımlanması.

Analitika və Hesabatlıq:

  • Sosial media analitika alətləri (Facebook Insights, Instagram Analytics və s.).
  • Kampaniya nəticələrinin qiymətləndirilməsi.
  • Rəqəmsal performans göstəricilərinin təhlili.
  • Hesabatların hazırlanması və təqdimatı.

Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 2 ay davam edəcək.
  • Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə  5 dəfə olmaqla , ümumilikdə   176 saat  olacaq.
  • 2 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Təcrübə – Real sosial media hesablarının idarə olunması və kampaniyalar üzərində iş.
  • Fərdi Mentor Dəstəyi – Təcrübəli sosial media mütəxəssislərindən rəhbərlik və dəstək.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Sosial Media Hesablar:

https://instagram.com/vision.karyera

https://instagram.com/visionacademyaz

  • Daily43
  • Weekly43
  • Monthly1805