VLand Systems MMC VLand Systems MMC
  • 137

Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət üzrə Menecer

  • Deadline 12 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures” MMC)

Vəzifə öhdəlikləri:

  • Müştərinin texniki spesifikasiyasının, ISO 9001, AQAP 2110, EN 1090-2 və EN 3834-2 standartlarının tələblərinə uyğun olaraq Keyfiyyət İdarəetmə Sisteminin qurulması, tətbiqi və davamlı inkişafının təmin edilməsi;
  • Departamentin təşkilati strukturunun və funksional modelinin formalaşdırılması, optimallaşdırılması və davamlı inkişafının təmin edilməsi;
  • Müəssisənin keyfiyyət siyasətinin və illik keyfiyyət hədəflərinin müəyyən edilməsi.
  • Müdafiə təyinatlı texniki vasitələrin əsaslı təmiri üzrə mərhələli Keyfiyyət planlarının hazırlanması və təsdiq edilməsi;
  • Kateqoriya A — kritik uyğunsuzluqların təsnifatı üzrə yekun qərarların qəbul edilməsi.
  • Tamamlanmış nəqliyyat vasitələri üzrə təhvil-təslim aktlarının sifarişçi nümayəndəsi ilə birlikdə imzalanması.
  • Kənaraçıxmalar mövcud olan məhsullar üçün “use-as-is” icazələrinin verilməsi və bu barədə sifarişçinin məlumatlandırılması.
  • Düzəldici və önləyici fəaliyyətlərin təsdiq edilməsi və onların icrasına nəzarət olunması.
  • Keyfiyyət İdarəetmə Sistemi üzrə daxili auditlərin təşkili və keçirilməsi — ən azı ildə 2 dəfə.
  • Aylıq ümumiləşdirilmiş keyfiyyət hesabatının hazırlanması.
  • Departament büdcəsinin idarə edilməsi.
  • Uyğunsuzluq hesabatlarının (NCR) qeydiyyatı, qiymətləndirilməsi, kök səbəb analizi və bağlanma proseslərinə nəzarət etmək, həmçinin düzəldici tədbirlərin effektiv icrasını təmin etmək;
  • Risk qiymətləndirmələrinin aparılması, mövcud risklərin təhlili və dəyərləndirilməsi, potensial gələcək risklərin müəyyən edilməsi, həmçinin risklərin azaldılması və ya aradan qaldırılması üzrə təkliflərin hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək.

Namizədə tələblər:

  • Ali texniki təhsil : maşınqayırma mühəndisliyi, aerokosmik  mühəndisliyi, silah və silah sistemləri mühəndisliyi, mexatronika və ya əlaqəli texniki ixtisas üzrə.
  • ISO 9001 Baş Auditor sertifikatı: tanınmış qurumlardan məsələn BSI, Bureau Veritas, TÜV və ya ekvivalent təşkilatlardan. 
  • AQAP 2110 standartları üzrə bilik — vəzifəyə təyin olunarkən arzuolunandır, təyin olunduqdan sonra isə 6 ay ərzində məcburidir.
  • Keyfiyyətə nəzarət üzrə müvafiq sertifikatlar: qaynaq inspeksiyası, QDY/NDT, boya örtüyü inspeksiyası və digər əlaqəli sahələr üzrə peşəkar keyfiyyətə nəzarət sertifikatları;
  • Zirehli nəqliyyat vasitələrinin əsaslı təmir texnologiyası, qüsurların qiymətləndirilməsi metodları və sınaq prosesləri üzrə biliklər.
  • ISO 9001 standartı üzrə Keyfiyyət İdarəetmə Sisteminin qurulması, tətbiqi və auditinin aparılması səviyyəsində biliklər.
  • Statistik keyfiyyət idarəetmə metodları üzrə biliklər: Pareto diaqramı, Ishikawa diaqramı, FMEA, 8D metodu, Shewhart control charts.
  • Müvafiq sahə üzrə ən azı 8 il ümumi iş təcrübəsi, o cümlədən menecer vəzifəsində ən azı 3 il idarəetmə təcrübəsi;
  • Normativ və işçi keyfiyyət sənədlərinin hazırlanması bacarığı.
  • Dil bilikləri üzrə tələblər - Tələb olunan dillər: Azərbaycan, İngilis və Rus dilləri. Çex dili biliyi arzuolunandır.
  • Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklər;
  • Rəsmi hesabatların hazırlanması bacarığı;
  • Texniki cizgilərlə/çertyojlarla işləmək, texniki normativ sənədləri oxumaq və onların tələblərini düzgün anlamaq bacarığı;
  • ITP, texniki cizgilər, prosedurlar, spesifikasiyalar və inspeksiya hesabatları kimi sənədləri Azərbaycan və İngilis dillərində oxumaq, təhlil etmək və tətbiq etmək bacarığı;
  • Məsuliyyətlilik, qərarvermə, problem həlletmə, planlaşdırma, təşkilatçılıq və komandanın idarə edilməsi bacarıqları;
  • Dəqiqlik, sistemli yanaşma və detallara yüksək diqqət yetirmə qabiliyyəti.

İş şəraiti:

  • 5 günlük iş qrafiki, 08:00-17:00;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Korporativ nömrə;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət üzrə Menecer” yazaraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily6
  • Weekly694
  • Monthly1418