Vəzifə öhdəlikləri:
- Layihələr üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması),
- Müvafiq layihələr üzrə analizin aparılması, qrafik və büdcənin hazırlanması,
- Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş həcmi və son tarixləri əhatə edən layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması,
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək,
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaq,
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün mühəndislər ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi,
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi,
- Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət etmək,
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması.
Namizədə aid tələblər:
- Mühəndislik sahəsində ali təhsil,
- Proqram bilikləri: Microsoft Office (excel bilikləri çox yaxşı səviyyədə), Primavera və ya Ms. Project,
- Müvafiq sahədə ən azı 2-3 il təcrübə,
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları,
- Azərbaycan dili əla səviyyədə, ingilis və rus dili üstünlükdür.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Sumqayıt şəhəri;
- Korporativ nömrə;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 2000-2500 AZN NET
Tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Planlama üzrə mühəndis” yazaraq göndərə bilərlər.