VLand Systems MMC VLand Systems MMC
  • 146

VLand Systems MMC

Digər

Qeyri-dağıdıcı üsullarla yoxlama üzrə müfəttiş (NDT Inspector)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qeyri-dağıdıcı üsullarla yoxlama üzrə müfəttiş (NDT Inspector)

  • Deadline 10 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Layihə çertyojlarını, texniki spesifikasiyaları və digər aidiyyəti sənədləri diqqətlə nəzərdən keçirmək, tələbləri düzgün anlamaq və yoxlama işlərini həmin tələblərə uyğun şəkildə icra etmək.
  • İnspeksiya və Test Planını (ITP) tam şəkildə mənimsəmək, plana uyğun olaraq yoxlama və test fəaliyyətlərinin vaxtında, düzgün və ardıcıl aparılmasını təmin etmək;
  • Müfəttişə təhkim olunmuş qeyri-dağıdıcı yoxlama (NDT) avadanlıqlarının kalibrlənmiş, texniki cəhətdən saz və istifadəyə hazır vəziyyətdə olmasını mütəmadi olaraq yoxlamaq;
  • İstifadə olunan sərf materiallarının standartlara uyğunluğunu nəzarətdə saxlamaq, düzgün saxlanma şərtlərinə riayət etmək, partiya nömrələrini və son istifadə tarixlərini izləmək, həmçinin layihənin ehtiyaclarına uyğun olaraq tələb olunan materialların vaxtında sifariş edilməsini təmin etmək;
  • Aparılan testlərin nəticələrini tətbiq olunan standart və meyarlara uyğun şəkildə qiymətləndirmək, nəticələr əsasında dəqiq və dolğun hesabatlar hazırlamaq;
  • Yoxlama nəticəsində uyğunsuzluq aşkar edildikdə, qüsurun yerini material üzərində aydın şəkildə işarələmək, aidiyyəti tərəfləri məlumatlandırmaq və zəruri hallarda təmir prosesinə dair texniki tövsiyələr vermək;
  • Təkrarlanan qüsurların müəyyən edilməsi zamanı kök səbəb analizinin aparılmasına dəstək göstərmək və keyfiyyətin artırılmasına yönəlmiş təkmilləşdirmə tədbirlərində iştirak etmək.
  • İstehsalat sahəsində əməyin mühafizəsi və keyfiyyət qaydalarına riayət olunmasını təmin etmək.

Namizədə tələblər:

  • Ali təhsil; 
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • İstehsalat, metal konstruksiya, qaynaq və ya oxşar sənaye sahələrində təcrübə;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Detallara diqqətlilik və məsuliyyət;
  • Analitik düşünmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Öyrənməyə açıq olmaq və texniki bilikləri tez mənimsəmək;
  • Stress altında qaydalara uyğun işləmək bacarığı;
  • ISO 9712 standartına uyğun olaraq minimum II səviyyəli MT və PT sertifikatlarına malik olmaq (sertifikatların etibarlılıq müddəti qüvvədə olmalıdır). VT sertifikatı arzuolunandır;
  • ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə ilkin biliklərə və ya müvafiq təlimə malik olmaq;
  • Azərbaycan dili əla səviyyədə və ingilis dili biliyi üstünlükdür

İş şəraiti:

  • 5 günlük iş qrafiki, 08:00-17:00 iş saatları;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə “Qeyri-dağıdıcı üsullarla yoxlama üzrə müfəttiş (NDT Inspector)” yazaraq göndərə bilərlər.

  • Daily74
  • Weekly327
  • Monthly1014