V VMF Company
  • 350

VMF Company

Brend Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Brend Menecer

  • Deadline 10 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Məhsulun satış sxemini hazırlayır və Direktora  təqdim edir.
  • Təmsil etdiyi brendlərin şirkətlərlə yazışmaların aparılması, ən son məlumatlarla birbaşa rəhbərliyinə və aidiyyatı strukturlara məlumat verir.
  • Satış nöqtələrində təmsil etdikləri   brendlərin çeşidinə nəzarət edir, zərurət yarandıqda satış nöqtələri arasında yerdəyişməyə təklifi birbaşa rəhbərliyinə təqdim edilir, təsdiq edildikdən sonra sistemə yerləşdirilməsi və nəzarətini təmin edir.
  • Təmsil etdiyi  brendlərin keyfiyyətli və vaxtlı-vaxtında təmin olunmasına nəzarət edir.
  • Xarici ölkələrdən elektron formada malların sifarişinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür və sifariş edilən malların ölkəyə gətirilməsinə, Şirkətə çatdırılmasına və malların müştərilər arasında müvafiq qaydada bölüşdürülməsinə bilavasitə nəzarət edir.
  • Müştərilərə malların bölgüsünün hazırlanmasına, razılaşdırılmasına, sistemə yürüdülməsinə tətbiq və nəzarət edir.
  • Müvafiq brend üzrə satış heyətinə təlim keçirilməsini həyata keçirir.
  • Müştərilərin satış nöqtələrində saatların düzülüşünü brend təlimatına uyğun tələb edir və nəzarət edir.
  • Brendin satışının artırılması məqsədi ilə marketinq xidməti ilə sıx əlaqələr qurur .
  • Səlahiyyətləri çərçivəsində hər hansı bir məsələ ilə bağlı rəy bildirir və təkliflər verir .
  • İldə iki dəfə satış və anbardakı qalıq məhsullar əsasında büdcənin hazırlanmasını təmin edir .
  • Yeni mühüm marka ( brend ) haqda  və həmin markanın bazarda satış məlumatlarının toplanılmasını rəhbərlik üçün təmin edir .
  • Direktorun verdiyi digər tapşırıqlarını yerinə yetirir.
  • Bazar tendensiyalarının izlənilməsi və rəqabət potensialı üzrə analizlərin aparılmasını təşkil edir .

İş şəraiti:

  • İş qrafiki: Həftə içi VI gün , saat 09:00-18:00 qədər .
  • Əmək haqqı namizədin bilik və bacarığı əsasında təyin olunacaq .

Namizədə  tələblər:

  • Ali təhsil (biznesin idarə olunması, marketinq sahələri üzrə).
  • 25-45 yaş arası Xanım və ya Bəylər .
  • İş təcrübəsi müvafiq sahə üzrə minimum 2 il.
  • Rus dili - əla , İngilis dili - əla .
  • Excel, Outlook və 1C proqramları biliyi.
  • Mükəmməl ünsiyyət və problem həll etmək bacarığı.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz.

  • Daily0
  • Weekly0
  • Monthly1277