Əsas öhdəlikləri:
- Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;
- Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;
- Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
- Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;
- Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
- Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
- Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir;
- Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Namizədə tələblər:
- Yaş həddi - 30 yaş və yuxarı;
- Dil bilikləri Azərbaycan dili -səlis, rus və ingilis dilləri arzu olunandır
- Cins: Xanım, Kişi
- Təhsil: Ali.
- Aydın nitq, ünsiyyətçil , xoş görünüş və təqdimat qabiliyyəti.
- Yüksək işgüzarlıq qabiliyyəti və komandada işləmə bacarığı.
- Güclü ünsiyyət bacarıqları.
- Problemlərin həll edilməsi bacarığı.
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
İş şəraiti
- İş qrafiki: 6 günlük.
- İş saataları 09:30-18:30 qədər .
- Maaş: (Maaş namizədin bilik və bacarıqlarına görə təyin olunacaq ).
- Ünvan: Yasamal r. N.Nərimanov 5,
Vakansiya ilə maraqlanan şəxslər, şəkilli CV-lərinizi elektron poçt ünvanına və məktubun mövzusunu qeyd etməklə və ya 050/257-80-36 mobil nömrəsinə zəng edə bilərlər.