İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nəriman Nərimanov heykəlinin yanı
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əməkhaqqı: Razılaşma yolu ilə
Vəzifə öhdəlikləri
- İşə qəbul, adaptasiya (onboarding), rotasiya, vəzifə dəyişikliyi və işdənçıxarma proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun şəkildə təşkili və idarə edilməsi.
- ƏMAS (e-gov) sistemində əmək müqavilələrinin yaradılması, dəyişdirilməsi və xitam proseslərinin aparılması, əmək kitabçalarının və şəxsi işlərin düzgün formalaşdırılması və kadr sənədlərinin hazırlanması.
- İllik məzuniyyət qrafikinin hazırlanması, istehsalat təqviminə uyğun planlaşdırılması, məzuniyyətlərin uçotunun aparılması və istifadəsinə nəzarət.
- İşçilərin davamiyyət sisteminin idarə edilməsi, tabel uçotunun aparılması, gecikmə və iş vaxtından artıq iş saatlarının hesablanması və müvafiq hesabatların hazırlanması.
- Əmək münasibətləri ilə bağlı sənədlərin qanunvericiliyə uyğun hazırlanması, daxili intizam qaydalarına nəzarət və intizam tənbehlərinin düzgün rəsmiləşdirilməsi.
- Şirkətin struktur bölmələri üzrə vəzifə təlimatlarının (Job Description) hazırlanması, yenilənməsi və vəzifə öhdəliklərinin sistemləşdirilməsi.
- Kadr uçotu, işçi sayı, kadr axını, davamiyyət, məzuniyyət və digər HR göstəriciləri üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- İşçilərin bank kartlarının sifarişi, icbari sığortalanma proseslərinin təşkili, tibbi arayışların və digər tələb olunan sənədlərin yenilənməsinə nəzarət.
Tələblər
- Təhsil: İnsan Resurslarının İdarə Edilməsi, İqtisadiyyat, Hüquq, İdarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil.
- İş təcrübəsi: HR və ya kadr inzibatçılığı sahəsində 2-3 il iş təcrübəsi.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək və praktiki tətbiq edə bilmək.
- ƏMAS, 1C Kadr və Əməkhaqqı / 1C ERP, İSB sistemləri ilə işləmək bacarığı, Tabel qura bilmək.
CV-nizi “İnsan resursları üzrə baş mütəxəssis” mövzusu (subject) ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: 050-257-80-36