İnsan resursları üzrə baş mütəxəssis

  • Истекает 7 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nəriman Nərimanov heykəlinin yanı
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əməkhaqqı: Razılaşma yolu ilə

Vəzifə öhdəlikləri

  • İşə qəbul, adaptasiya (onboarding), rotasiya, vəzifə dəyişikliyi və işdənçıxarma proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun şəkildə təşkili və idarə edilməsi.
  • ƏMAS (e-gov) sistemində əmək müqavilələrinin yaradılması, dəyişdirilməsi və xitam proseslərinin aparılması, əmək kitabçalarının və şəxsi işlərin düzgün formalaşdırılması və kadr sənədlərinin hazırlanması.
  • İllik məzuniyyət qrafikinin hazırlanması, istehsalat təqviminə uyğun planlaşdırılması, məzuniyyətlərin uçotunun aparılması və istifadəsinə nəzarət.
  • İşçilərin davamiyyət sisteminin idarə edilməsi, tabel uçotunun aparılması, gecikmə və iş vaxtından artıq iş saatlarının hesablanması və müvafiq hesabatların hazırlanması.
  • Əmək münasibətləri ilə bağlı sənədlərin qanunvericiliyə uyğun hazırlanması, daxili intizam qaydalarına nəzarət və intizam tənbehlərinin düzgün rəsmiləşdirilməsi.
  • Şirkətin struktur bölmələri üzrə vəzifə təlimatlarının (Job Description) hazırlanması, yenilənməsi və vəzifə öhdəliklərinin sistemləşdirilməsi.
  • Kadr uçotu, işçi sayı, kadr axını, davamiyyət, məzuniyyət və digər HR göstəriciləri üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • İşçilərin bank kartlarının sifarişi, icbari sığortalanma proseslərinin təşkili, tibbi arayışların və digər tələb olunan sənədlərin yenilənməsinə nəzarət.

Tələblər

  • Təhsil: İnsan Resurslarının İdarə Edilməsi, İqtisadiyyat, Hüquq, İdarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil.
  • İş təcrübəsi: HR və ya kadr inzibatçılığı sahəsində 2-3 il iş təcrübəsi.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək və praktiki tətbiq edə bilmək.
  • ƏMAS, 1C Kadr və Əməkhaqqı / 1C ERP, İSB sistemləri ilə işləmək bacarığı, Tabel qura bilmək.

CV-nizi “İnsan resursları üzrə baş mütəxəssis mövzusu (subject) ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə: 050-257-80-36 

  • Daily94
  • Weekly94
  • Monthly576