Tələblər
- Yaş: 22-40
- Təhsil: Ali
- İş təcrübəsi: 5 ildən yuxarı.
- Dil biliyi:İngilis dili danışıq səviyyəsində,Rus dili arzu olunandır.
- Sürücülük Vəsiqəsi: Olmasına üstünlük verilir.
- Ofis proqramları: MS Office,Outlook,Excel,Word proqramları
- Müvafiq vəzifə üzrə təcrübə: 3-5 il
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Qobu qəsəbəsi.
- İş qrafiki: 09:00-18:00 dək
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Vəzifə öhdəlikləri
- Satışların və bütün salonlarda olan satış əməkdaşların idarə edilməsi.
- Hər həftənin şənbə günü, satışların daha da təkminləşdirilməsi üçün, dükan menecerləri ilə müzakirələrin aparılması üçün toplantının təşkil edilməsi.
- Mütamadi olaraq,şirkətə məxsus satış nöqtələrinə ziyarət edilməsi və yaranan hər hansı nöqsanların aradan qaldırılması.
- Satış əməkdaşlarının kamera vasitəsi ilə nizam intizamına nəzarət edilməsi.
- Salonlarda təmsil edilən brendlərin məhsullarından zəruri olduğu halda vaxtı vaxtında sifariş edilməsi.
- Online Departamentinin satış edəcəyi məhsullar stokda olmadığı halda,sifariş ediləməsi.
- Servis departamentinin sifarişlərinin analiz edilərək uyğun olduğu halda təsdiqlənməsi.
- Servis meneceri tərəfindən hər rübün sonu təqdim edilən, salonlarda olan məhsulların fiziki vəziyyəti haqda olan hesabatın yoxlanılması.
- Yeni gələn məhsulların dükanlara, düzgün olaraq bölüşdürülmə edilərək göndərilməsi.
- Anbarda qalan məhsulları vaxtı vaxtında salonlara bölüşdürərək yerdəyişmə edilməsi.
- Yeni satış təmsilçisi vəzifəsi üçün,uyğun olan namizədlərin hər ayın 10-u tarixinə dək toplanılmasının təşkili və həmin təlimə nəzarət edilməsi.
- Satış təmsilçilərinin il ərzində bir neçə dəfə digər dükanlar arası rotasiya edilməsi.
- Satış Təmsilçiləri üçün keçirdiləcək Atestasiya imtahanının təşkil edilməsi.
- Vaxtı-vaxtında maillərin cavablandırılması.
- Satışlarla bağlı hər on gündə bir proqnoz hesabatın hazırlanıb müdriyyətə təqdim edilməsi.