İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nəriman Nərimanov prospekti
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: müsahibə əsasında
Əsas tələblər:
- Ali təhsil (İnsan Resursları, Hüquq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə)
- İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə azı 2 il
- Əmək Məcəlləsinə, ƏMAS və e-gov sistemlərinə tam bələdlik
- HR sənədləşməsi, əmrlərin rəsmiləşdirilməsi, şəxsi işlərin idarəsi sahəsində yüksək bilik
- Əməkdaşların işə qəbulu, xitamı, intizam tədbirləri və performans dəyərləndirmə proseslərinə peşəkar yanaşma
- Rəhbərlik və qərarvermə bacarığı, münaqişələrin idarə edilməsi üzrə təcrübə
- Microsoft Office və digər HR proqram təminatlarında sərbəst işləmək bacarığı
- Analitik və strateji düşüncə, yüksək təşkilatçılıq və təqdimat bacarığı
İş öhdəlikləri:
- İnsan Resursları departamentinin fəaliyyətinə ümumi rəhbərlik
- Əməkdaşların şəxsi işlərinin və bütün HR sənədlərinin qanunvericiliyə uyğun təşkili və nəzarəti
- Əmək müqavilələrinin, əmr və protokolların hazırlanması və ƏMAS üzərindən idarə olunması
- İşə qəbul, struktur dəyişiklikləri, vəzifəyə irəliləmə və xitam proseslərinin idarə olunması
- Tabel sistemlərinin, davamiyyət cədvəllərinin və əmək haqqı sənədlərinin düzgünlüyünə nəzarət
- Əmək intizamı pozuntuları üzrə tədbirlərin görülməsi və hüquqi yazışmaların hazırlanması
- Əmək müfəttişliyi, audit yoxlamalarına hazırlıq və cavabdehlik
- HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi
- Komandanın idarə olunması, iş bölgüsü və motivasiya sisteminin qurulması
Müraciət üçün:
CV-nizi “İnsan Resursları Departamentinin Rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə nömrəsi: 050 257 80 36