İnsan Resursları üzrə Menecer / HR Manager

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə Menecer / HR Manager

  • Deadline 22 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • HR Proseslərinin İdarə Edilməsi: Şirkətdə işə qəbul, adaptasiya (onboarding), rotasiya, vəzifə dəyişiklikləri və işdənçıxarma proseslərinin AR Əmək Qanunvericiliyinə tam uyğun şəkildə sıfırdan qurulması və idarə edilməsi.
  • Kadr Kargüzarlığı və Audit: ƏMAS (e-gov) alt sisteminin idarə edilməsi, əmək kitabçalarının yazılması, şəxsi işlərin formalaşdırılması və kadr sənədləşməsinin daxili auditinin keçirilməsi.
  • Strateji Planlaşdırma və Məzuniyyət: Şirkət üzrə illik məzuniyyət qrafiklərinin optimallaşdırılması, istehsalat təqviminə uyğun planlaşdırılması, uçotunun aparılması və istifadəsinə qəti nəzarət mexanizminin tətbiqi.
  • Davamiyyət və Performans Nəzarəti: İşçilərin davamiyyət sisteminin (turniket/ERP) idarə edilməsi, tabel uçotunun dəqiqliyinin təmini və gündəlik davamiyyət/gecikmə hesabatlarının analitik təhlillə rəhbərliyə təqdim edilməsi.
  • Daxili İntizam və Struktur: Şirkətdə daxili nizam-intizam qaydalarının tətbiqi, intizam tənbehlərinin qanunvericilik çərçivəsində rəsmiləşdirilməsi; funksional şöbələr üçün vəzifə təlimatlarının (Job Descriptions) hazırlanması və yenilənməsi.
  • Kompensasiya və İnzibati HR: Əməkhaqqı layihəsi çərçivəsində bank kartlarının sifarişi, işçilərin icbari sığortalanması prosesinin təşkili və tibbi arayışların yenilənmə qrafikinə nəzarət.
  • Komandanın İdarə Edilməsi və Hesabatlılıq: HR komandasına rəhbərlik edilməsi, tapşırıqların bölüşdürülməsi və rəhbərliyin tələb etdiyi strateji HR hesabatlarının (kadr axını, davamiyyət analitikası və s.) hazırlanması.

Bacarıqlar

  • HR Strategiyası: Kadr siyasətinin qurulması, vəzifə təlimatlarının yazılması, daxili korporativ mədəniyyətin formalaşdırılması.
  • Qanunvericilik: AR Əmək Məcəlləsi (mükəmməl səviyyədə), Hüquqi sənədləşmə.
  • Sistemlər və Proqramlar: 1C ERP / 1C Kadr və Əməkhaqqı (8.3), ƏMAS (e-gov) platforması, İSB.
  • Ofis Proqramları: MS Excel  Word, PowerPoint.

Şəkilli CV-nizi mövzu (subject) yerinə "HR manager" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə üçün 050-257-80-36

  • Daily0
  • Weekly586
  • Monthly1761