Satış üzrə Menecer

  • Истекает 6 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

VMF komandasını genişləndirir və Satış üzrə Menecer vəzifəsinə vakansiya elan edir!

İş barədə məlumat

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Razılaşma yolu ilə

Namizədə dair tələblər

  • Təhsil: Ali təhsil (Biznesin idarə olunması, marketinq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlükdür).
  • Təcrübə: Satış sahəsində minimum 2–3 il iş təcrübəsi.
  • Proqram bilikləri: MS Office (xüsusilə Excel) sərbəst bilmək; 1C proqramı üzrə satış təcrübəsinin olması üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək (Rus və ingilis dillərini bilmək arzuolunandır).
  • Ezamiyyət: İşlə bağlı ezamiyyətlərə hazır olmaq.

Əsas bacarıq və keyfiyyətlər

  • Müştəri bazasının yaradılması və idarə edilməsi bacarığı
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Satış planlarının hazırlanması və icrasına nəzarət etmək bacarığı
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq

Biz nə təklif edirik?

  • Müasir və komfortlu iş şəraiti.
  • Peşəkar komanda ilə birlikdə böyümək imkanı.
  • Karyera yüksəlişi və şəxsi inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən və bizimlə çalışmaq istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Kafe Meneceri" qeyd edərək göndərə bilərlər

  • Daily8
  • Weekly264
  • Monthly1941