VMF komandasını genişləndirir və Satış üzrə Menecer vəzifəsinə vakansiya elan edir!
İş barədə məlumat
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: Razılaşma yolu ilə
Namizədə dair tələblər
- Təhsil: Ali təhsil (Biznesin idarə olunması, marketinq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlükdür).
- Təcrübə: Satış sahəsində minimum 2–3 il iş təcrübəsi.
- Proqram bilikləri: MS Office (xüsusilə Excel) sərbəst bilmək; 1C proqramı üzrə satış təcrübəsinin olması üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək (Rus və ingilis dillərini bilmək arzuolunandır).
- Ezamiyyət: İşlə bağlı ezamiyyətlərə hazır olmaq.
Əsas bacarıq və keyfiyyətlər
- Müştəri bazasının yaradılması və idarə edilməsi bacarığı
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Satış planlarının hazırlanması və icrasına nəzarət etmək bacarığı
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq
Biz nə təklif edirik?
- Müasir və komfortlu iş şəraiti.
- Peşəkar komanda ilə birlikdə böyümək imkanı.
- Karyera yüksəlişi və şəxsi inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən və bizimlə çalışmaq istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Kafe Meneceri" qeyd edərək göndərə bilərlər