Vəzifə öhdəlikləri
Mağaza üçün aşağıdakı işləri yerinə yetirməlidir:
- Mağazanın ticarət zalının, vitrin sahələrinin və sanitar qovşaqların gündəlik təmizliyini təmin etmək.
- Döşəmələrin süpürülməsi və yuyulması.
- Vitrin şüşələrinin, güzgülərin, qapıların və şüşə səthlərin silinməsi.
- Tozun mütəmadi olaraq rəflərdən, mebellərdən və digər səthlərdən təmizlənməsi.
- Zibil qutularının boşaldılması və tullantıların vaxtında çıxarılması.
- Sanitar qovşaqlarda gigiyenik vasitələrin (maye sabun, kağız dəsmal və s.) mövcudluğuna nəzarət.
- Təmizlik vasitələrinin düzgün və təhlükəsiz istifadəsi.
- Mağaza açılmamışdan əvvəl və bağlandıqdan sonra ümumi baxış və təmizlik işlərinin aparılması.
- Fövqəladə hallarda (su sızması, sınma, çirklənmə və s.) dərhal rəhbərliyi məlumatlandırmaq.
İş şəraiti
- İş qrafiki: 10:00 – 16:00
- Əmək haqqı 440 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.