VMF şirkətinə Mühasib tələb olunur!
VMF şirkətinin Qobu ofisi üçün mühasibatlıq əməliyyatlarını dəqiq və vaxtında həyata keçirəcək, məsuliyyətli və təcrübəli mühasib axtarırıq.
Şərtlər:
- Əməkhaqqı: 700 AZN (net)
- İş qrafiki: 6 günlük
- İş yeri: Qobu ofisi
- Servis: İnşaatçılar ərazisindən Qobuya servis xidməti mövcuddur.
Əsas vəzifələr:
- Debitor və kreditor borclarına nəzarət, qarşılıqlı hesablaşmaların üzləşdirilməsi;
- Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
- Ölkədaxili və xarici bank ödənişlərinin hazırlanması və icrası;
- Əməkhaqqı köçürmələrinin həyata keçirilməsi;
- Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında işlənməsi;
- Sənədlərin və hesablaşmaların yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi.
Namizədə tələblər:
- Mühasibatlıq üzrə praktiki bilik və müvafiq iş təcrübəsi;
- 1C Kompleks Avtomatlaşdırma proqramında sərbəst işləmək bacarığı;
- İşini müstəqil təşkil etmək və tapşırıqları vaxtında icra etmək;
- Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
- Analitik düşünmə və detallara diqqət;
- Komanda ilə işləmək və operativ ünsiyyət bacarığı;
- Rus dili biliyi üstünlükdür.
CV-nizi e-mailin mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə: 050 257 80 36