Vumart mağazalar şəbəkəsinin yeni açılacaq filialına Anbar personalı tələb olunur!
Vəzifə öhdəlikləri:
- Malların qəbul zamanı say və vəziyyətinin yoxlanılması;
- Məhsulların anbarda düzgün yerləşdirilməsi və səliqənin qorunması;
- Malların boşaldılması və mağaza daxilində yerləşdirilməsi;
- Qaimə və hesab-fakturalara əsasən anbar əməliyyatlarının aparılması;
- Anbar giriş-çıxışına nəzarət etmək;
- Satış komandasına məhsul təqdimatı və məhsul çıxışı zamanı dəstək olmaq;
İş yeri: 7-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 19
İş şəraiti:
- İş saatı: tam iş günü (6 gün)
- İstirahət günü: həftədə 1 gün
Tələblər:
- Fiziki cəhətdən sağlam;
- Məsuliyyətli, punktual, komandada işləmə bacarığı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına "Anbar personalı" başlığı ilə göndərə bilərlər.
Vumart mağazalar şəbəkəsinin yeni açılacaq filialında peşəkar komandanın üzvü olun!