VUMES MMC komandamıza qoşulmaq üçün hüquq sahəsində peşəkar bilik və praktiki təcrübəyə malik, məsuliyyətli və təşəbbüskar Hüquqşünas axtarışındadır.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsində iştirak etmək;
- Şirkətin hüquqi maraqlarını qorumaq və hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində tədbirlər görmək;
- Müqavilələrin, sazişlərin, protokolların və digər hüquqi sənədlərin hazırlanmasını, təhlilini və hüquqi ekspertizasını həyata keçirmək;
- Şirkətdaxili əmr, sərəncam, qərar və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
- Şirkətin dövlət qurumları, hüquqi və fiziki şəxslərlə münasibətlərində hüquqi məsələlərin tənzimlənməsini təmin etmək;
- Məhkəmə və digər dövlət orqanlarında şirkətin hüquqi maraqlarını təmsil etmək;
- Hüquqi sorğuların, müraciətlərin və rəsmi məktubların hazırlanmasını təmin etmək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, qeydiyyatı və uçotunun aparılmasını təmin etmək.
Namizədə dair tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Hüquq sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktlar üzrə mükəmməl biliklər;
- İcra haqqında qanunvericilik və beynəlxalq hüquqi normalar barədə biliklər;
- Müqavilə hüququ, əmək münasibətləri və korporativ hüquq sahəsində praktiki təcrübə;
- Hüquqi sənədlərin hazırlanması, təhlili və sistemləşdirilməsi bacarığı;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə qabiliyyəti;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Tam iş günü;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.