Vumes MMC komandamıza təcrübəli Kateqoriya Meneceri axtarır.
Əsas vəzifə öhdəlikləri:
- İdarə olunan məhsul kateqoriyaları üzrə strategiyanın hazırlanması və icrasının təmin edilməsi;
- Kateqoriya üzrə satış, marketinq və maliyyə göstəricilərinin təhlili, müvafiq hesabatların hazırlanması;
- Yeni məhsulların hazırlanması, bazara çıxarılması və inkişaf prosesinin idarə edilməsi;
- Bazar araşdırmalarının aparılması, rəqiblərin və qiymət siyasətinin təhlili;
- Kateqoriya üzrə marketinq və qiymət strategiyalarının hazırlanması və tətbiqinə dəstək göstərilməsi;
- Satış komandası və digər struktur bölmələrlə koordinasiyalı əməkdaşlığın təmin edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Kateqoriya menecmenti sahəsində minimum 5 il iş təcrübəsi;
- Satış, marketinq və maliyyə göstəricilərinin təhlili, hesabatların hazırlanması üzrə bilik və təcrübə;
- Bazar araşdırması, rəqabət təhlili və qiymət strategiyalarının formalaşdırılması bacarığı;
- Güclü analitik düşünmə, planlaşdırma və qərarvermə bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- Nahar şirkət tərəfindən təmin olunur.
CV-lərinizi mövzu hissəsində “Kateqoriya meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.