Head Chef

  • Истекает 30 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Walker’s Coffee House komandası böyüyür!

Bakı filialımızın mətbəx əməliyyatlarını idarə edəcək, yeni dadlar yaradacaq və komandamıza liderlik edəcək təcrübəli Head Chef axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Mətbəxin gündəlik əməliyyatlarının tam idarə olunması
  • Yeni yemək və desert reseptlərinin hazırlanması və inkişaf etdirilməsi
  • Mövsümi menyuların və xüsusi tədbirlər üçün konseptlərin yaradılması
  • Məhsul keyfiyyətinin və təqdimat standartlarının qorunması
  • Mətbəx komandasının idarə olunması, təlimi və inkişafı
  • Məhsul maya dəyəri, stok və itkilərin nəzarətdə saxlanılması
  • Gigiyena və qida təhlükəsizliyi standartlarına tam riayət olunmasının təmin edilməsi
  • Digər filiallarla koordinasiyalı şəkildə işləyərək əməliyyat standartlarının tətbiqi

Tələblər:

  • Head Chef və ya Kitchen Manager vəzifəsində minimum 3 il iş təcrübəsi
  • Resept hazırlama və məhsul inkişafı sahəsində güclü təcrübə
  • Xərclərin idarə olunması və mətbəx planlaması üzrə bilik
  • Liderlik və komanda idarəetmə bacarıqları
  • Kreativ düşüncə və yüksək təqdimat bacarığı
  • Qəhvəxana, brunch və müasir kafe mətbəxi təcrübəsi üstünlük hesab olunur

Biz təklif edirik:

  • Beynəlxalq inkişaf edən brenddə çalışma imkanı
  • Yaradıcılığınızı göstərə biləcəyiniz dinamik iş mühiti
  • Menyu inkişafında və xüsusi layihələrdə birbaşa iştirak
  • Rəqabətqabiliyyətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları

Əgər siz həm güclü əməliyyat rəhbərisiniz, həm də yeni dadlar yaratmaqdan zövq alırsınızsa, sizi Walker’s Coffee House komandasında görməkdən məmnun olarıq.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily3
  • Weekly434
  • Monthly2701