Webuild Construction and Design Webuild Construction and Design
  • 102

Webuild Construction and Design

Construction , Building Construction

Fit-out Engineer (Təmir-tamamlama işləri üzrə mühəndis)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fit-out Engineer (Təmir-tamamlama işləri üzrə mühəndis)

  • Deadline 13 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yer: Bakı

Məşğulluq növü: Tam ştat

WEBUILD şirkəti komandamıza qoşulmaq, yaşayış, kommersiya və digər müxtəlif layihələrin icrası prosesində iştirak etmək üçün ən azı 2 il təcrübəsi olan Fit-Out Mühəndisi axtarır.

İdeal namizəd interyer (təmir-tamamlama) işlərinin texniki detalları üzrə dərin biliyə malik olmalı, layihənin icrasına nəzarət etməyi və cizgilərin sahədə düzgün tətbiqini təşkil etməyi bacarmalıdır.

Vəzifə öhdəlikləri

  • Fit-out işlərinin sahədə icrasına və gündəlik nəzarətə
  • Layihə sənədlərinin, çertyojların və spesifikasiyaların yoxlanması
  • Material və avadanlıq tələblərinin müəyyən edilməsi
  • İş həcmlərinin (BOQ) hesablanması və aktların hazırlanması
  • Podratçıların işinin keyfiyyət və təhlükəsizlik baxımından yoxlanması
  • Gündəlik və həftəlik hesabatların hazırlanması
  • Fit-out Manager ilə sıx əməkdaşlıq

Əsas tələblər

  • Fit-out (təmir-tamamlama), interyer layihələrinin icrası və sahə mühəndisliyi üzrə ən azı 2 illik iş təcrübəsi
  • Layihə və cizgilərin koordinasiyası: Memarlıq və dizayn cizgilərini (Shop Drawings) dərindən oxumaq və təhlil etmək bacarığı. İnteryer (tamamlama/mebel) işləri ilə mühəndislik (MEP: mexanika, elektrik, santexnika) sistemlərinin kəsişmələrini sahədə koordinasiya etmək və dizaynı texniki reallığa uyğunlaşdırmaq
  • Dəqiq material smetası və xərc proqnozlarını təmin etmək üçün kəmiyyət hesablamalarının (metraj/BOQ) aparılması
  • Bütün görülən işlərin tikinti-quraşdırma standartlarına və spesifikasiyalara cavab verməsini təmin etmək üçün layihə komandası ilə sıx əməkdaşlıq
  • Təmir-quraşdırma prosesinə birbaşa nəzarət etmək və layihələrin keyfiyyətini, büdcəsini və icra qrafikini qoruyub saxlamaq
  • Tikinti sahəsindəki işlərin normativ qaydalara və layihə tələblərinə uyğunluğunun təmin edilməsi
  • Mövcud cizgilərdə sahəyə uyğun operativ düzəlişlər edə bilmək üçün AutoCAD (və ya Revit) proqramında sərbəst işləmək bacarığı
  • Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (arzuolunandır)

Qeyd: İcra prosesində dəqiqlik və texniki detallara diqqət çox vacibdir. İdeal namizəd dizayn konseptini sahədə düzgün tətbiq etməyi, podratçılarla (və ya istehsalat qrupu ilə) texniki detalları dəqiqləşdirməyi və quraşdırma/təmir prosesində yarana biləcək mühəndislik problemlərini operativ şəkildə həll etməyi bacarmalıdır.

Zəhmət olmasa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində vəzifənin adını yazın. İştirak etdiyiniz layihələrin siyahısı və ya portfolionuz varsa, əlavə etməyiniz arzuolunandır.

  • Daily77
  • Weekly338
  • Monthly917