İş şəraiti:
- İş yeri: Bakı, Azərbaycan
- İş qrafiki: Tam iş günü (Bazar ertəsi – Şənbə)
- İş təcrübəsi: Minimum 2–3 il müvafiq sahə üzrə təcrübə
- Əmək haqqı: 1700 AZN
İş haqqında:
Webuild Construction and Design olaraq, fit-out sahəsində təcrübəli, məsuliyyətli və detallara diqqətli Fit-out Sahə Mühəndisi axtarırıq. Namizəd tikinti və interyer işlərində peşəkar biliklərə malik olmalı, sahə işlərinin icrasını effektiv şəkildə idarə etməli və komanda ilə sıx əməkdaşlıq etməlidir. Əsas məqsəd layihələrin vaxtında, keyfiyyət standartlarına və texniki tələblərə uyğun şəkildə tamamlanmasını təmin etməkdir.
Vəzifə öhdəlikləri:
- Fit-out işlərinin (alçıpan, boya, döşəmə, asma tavan və s.) sahədə icrasına nəzarət etmək
- İş qrafikinə və texniki tələblərə uyğunluğun təmin edilməsi
- Usta və fəhlə briqadalarının işinin təşkili və idarə olunması
- Görülən işlərin həcmini hesablayaraq materialların istifadəsinə və iş prosesinə nəzarət etmək
- Layihə çertyojları, shop drawing və texniki sənədlərlə işləmək, yerinə yetirilmiş işlər üzrə Forma 2 (F2) sənədlərinin hazırlanması və təqdim olunması
- Təhlükəsizlik (HSE) və keyfiyyət standartlarına əməl olunmasına nəzarət etmək
Tələblər:
- İnşaat mühəndisliyi və ya memarlıq sahəsi üzrə ali təhsil
- Fit-out və ya interyer tikinti layihələrində minimum 2–3 il iş təcrübəsi (mütləqdir)
- Sahə işlərinin planlaşdırılması və operativ idarəetmə bacarığı
- Layihə çertyojları və texniki sənədlərlə sərbəst işləmək bacarığı
- İşlərin keyfiyyət, zaman və texniki tələblərə uyğun icrasına nəzarət təcrübəsi
- Güclü təşkilatçılıq və komanda idarəetmə bacarığı
- Problemlərin operativ həlli və qərarvermə qabiliyyəti
- MS Office və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı, Revit proqram biliklərinin olması üstünlük hesab olunur Əmək təhlükəsizliyi (HSE) qaydaları üzrə biliklər
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Fit-out Sahə Mühəndisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.