Webuild Construction and Design Webuild Construction and Design
  • 187

Webuild Construction and Design

Construction , Design

Sahə Mühəndisi / Memarı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə Mühəndisi / Memarı

  • Deadline 22 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: Bakı, Azərbaycan
  • İş qrafiki: Tam iş günü (Bazar ertəsi – Şənbə)
  • İş təcrübəsi: Minimum 2-3 il müvafiq sahə üzrə təcrübə
  • Əmək haqqı: 2700 AZN

İş haqqında:

Webuild Construction and Design olaraq, həm qaba işlər (struktur, divar hörgü, suvaq, MEP koordinasiya), həm də fit-out və finishing işlərində təcrübəli Sahə Mühəndisi / Sahə Memarı axtarırıq.

Namizəd tikinti sahəsində layihələrin bütün mərhələlərini (rough works + finishing) idarə edə bilməli, sahədə işlərin düzgün planlanmasını təmin etməli və texniki uyğunluğu yüksək səviyyədə nəzarətdə saxlamalıdır. Əsas məqsəd işlərin keyfiyyət, zaman və layihə standartlarına uyğun şəkildə icrasıdır.

Vəzifə öhdəlikləri:

  • Qaba işlər və fit-out mərhələlərində sahə işlərinin icrasına gündəlik nəzarət
  • Struktur, divar, suvaq, döşəmə, tavan və finishing işlərinin koordinasiyası
  • İş qrafikinin hazırlanması və sahədə icrasının təmin edilməsi
  • Usta və subpodratçı briqadalarının idarə olunması və iş bölgüsünün təşkili
  • Görülən işlərin həcminin ölçülməsi (measurement) və material sərfiyyatına nəzarət
  • Layihə çertyojları, shop drawing və as-built sənədlərlə işləmək
  • Forma 2 (F2) və digər icra sənədlərinin hazırlanması və yoxlanılması
  • MEP (elektrik, HVAC, santexnika) sistemləri ilə koordinasiya
  • Sahədə texniki problemlərin operativ həlli
  • HSE və keyfiyyət standartlarına ciddi riayət olunmasına nəzarət

Tələblər:

  • İnşaat mühəndisliyi və ya memarlıq üzrə ali təhsil
  • Qaba işlər və fit-out layihələrində minimum 3 il təcrübə (mütləqdir)
  • Sahə işlərinin planlaşdırılması və idarə edilməsi bacarığı
  • Struktur və finishing işlərinin texniki bilikləri
  • Shop drawing, as-built və texniki sənədlərlə sərbəst işləmək bacarığı
  • Güclü koordinasiya və komanda idarəetmə bacarığı
  • Problemlərin operativ həlli və qərarvermə bacarığı
  • MS Office, AutoCAD, Revit proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Revit bilikləri üstünlükdür
  • SketchUp, Navisworks və ya BIM əsaslı proqram bilikləri üstünlükdür
  • Əmək təhlükəsizliyi (HSE) qaydaları üzrə biliklər

Üstünlük sayılan biliklər:

  • BIM prosesləri və koordinasiya təcrübəsi
  • MEP sistemlərinin sahə koordinasiyası
  • Layihə idarəetmə proqramları (MS Project və ya Primavera)
  • Tikinti texnologiyaları və material bilikləri

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sahə Mühəndisi / Sahə Memarı” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily22
  • Weekly602
  • Monthly2311