İş şəraiti:
- İş yeri: Bakı, Azərbaycan
- İş qrafiki: Tam iş günü (Bazar ertəsi – Şənbə)
- İş təcrübəsi: Minimum 2-3 il müvafiq sahə üzrə təcrübə
- Əmək haqqı: 2700 AZN
İş haqqında:
Webuild Construction and Design olaraq, həm qaba işlər (struktur, divar hörgü, suvaq, MEP koordinasiya), həm də fit-out və finishing işlərində təcrübəli Sahə Mühəndisi / Sahə Memarı axtarırıq.
Namizəd tikinti sahəsində layihələrin bütün mərhələlərini (rough works + finishing) idarə edə bilməli, sahədə işlərin düzgün planlanmasını təmin etməli və texniki uyğunluğu yüksək səviyyədə nəzarətdə saxlamalıdır. Əsas məqsəd işlərin keyfiyyət, zaman və layihə standartlarına uyğun şəkildə icrasıdır.
Vəzifə öhdəlikləri:
- Qaba işlər və fit-out mərhələlərində sahə işlərinin icrasına gündəlik nəzarət
- Struktur, divar, suvaq, döşəmə, tavan və finishing işlərinin koordinasiyası
- İş qrafikinin hazırlanması və sahədə icrasının təmin edilməsi
- Usta və subpodratçı briqadalarının idarə olunması və iş bölgüsünün təşkili
- Görülən işlərin həcminin ölçülməsi (measurement) və material sərfiyyatına nəzarət
- Layihə çertyojları, shop drawing və as-built sənədlərlə işləmək
- Forma 2 (F2) və digər icra sənədlərinin hazırlanması və yoxlanılması
- MEP (elektrik, HVAC, santexnika) sistemləri ilə koordinasiya
- Sahədə texniki problemlərin operativ həlli
- HSE və keyfiyyət standartlarına ciddi riayət olunmasına nəzarət
Tələblər:
- İnşaat mühəndisliyi və ya memarlıq üzrə ali təhsil
- Qaba işlər və fit-out layihələrində minimum 3 il təcrübə (mütləqdir)
- Sahə işlərinin planlaşdırılması və idarə edilməsi bacarığı
- Struktur və finishing işlərinin texniki bilikləri
- Shop drawing, as-built və texniki sənədlərlə sərbəst işləmək bacarığı
- Güclü koordinasiya və komanda idarəetmə bacarığı
- Problemlərin operativ həlli və qərarvermə bacarığı
- MS Office, AutoCAD, Revit proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Revit bilikləri üstünlükdür
- SketchUp, Navisworks və ya BIM əsaslı proqram bilikləri üstünlükdür
- Əmək təhlükəsizliyi (HSE) qaydaları üzrə biliklər
Üstünlük sayılan biliklər:
- BIM prosesləri və koordinasiya təcrübəsi
- MEP sistemlərinin sahə koordinasiyası
- Layihə idarəetmə proqramları (MS Project və ya Primavera)
- Tikinti texnologiyaları və material bilikləri
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sahə Mühəndisi / Sahə Memarı” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.