WeGrow Azərbaycanda ilk mavigilə (blueberry) yetişdirən şirkətdir və bazara yüksək keyfiyyətli, yerli məhsul təqdim edir. Şirkətimizin inkişafı ilə əlaqədar olaraq sosial media üzərindən satış prosesinə dəstək olacaq motivasiyalı Satış üzrə köməkçi axtarırıq.
Vəzifələr:
- Instagram, LinkedIn, WhatsApp və digər platformalarda müştəri müraciətlərinə cavab vermək
- Sosial media üzərindən potensial müştərilərlə ünsiyyət quraraq satışa dəstək olmaq
- Yeni müştərilər tapmaq və müraciətləri izləmək
- Sifarişlərin icrasında dəstək olmaq
- Kontent paylaşımında və idarə edilməsində kömək etmək
- Müştərilərlə uzunmüddətli əlaqələr qurmaq
Tələblər:
- Yaxşı ünsiyyət bacarıqları
- Satış və müştəri ilə işləməyə maraq
- Sosial media platformaları haqqında ilkin bilik
- Məsuliyyətli, aktiv və təşkilatçı olmaq
- Azərbaycan dili mütləqdir, İngilis və Rus dili üstünlükdür
İş şəraiti:
- Tam iş günü
- Əmək haqqı: 700–800 AZN
- Sürətlə inkişaf edən aqrar şirkətdə karyera imkanı
- Ünvan: Esra Plaza, Əhməd Rəcəbli 33, Bakı,Azərbaycan
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.