Wellmechs Wellmechs
  • 239

Wellmechs

Biznes

Mexanika Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanika Mühəndisi

  • Deadline 23 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş öhdəlikləri

  • Layihənin mexanika bölümünün dərindən araşdırılması və düzgünlüyünü yoxlamaq.
  • Mexanika layihələrini layihəçi və sifarişçi ilə müzakirə etmək.
  • Mexanika işləri üzrə quraşdırma heyətinin işinin keyfiyyətinə nəzarət etmək.
  • Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək.
  • Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək.
  • Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq.
  • Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil etmək.
  • Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək.
  • Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək.
  • Texanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək.
  • AutoCAD proqramından istifadə edərək, mexaniki təsvirlərin hazırlanmasında layihəçi mühəndisə dəstək vermək.
  • Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq.
  • Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək.
  • Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək.
  • Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək.
  • Tabeçiliyində olan işçilərə rəhbərlik etmək.

Tələb olunan:

  • Yaş: 25 – 45 (Bəy namizəd)
  • Ali təhsil: Mexanika mühəndisliyi
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office, AutoCAD;
  • Dil bilikləri: ingilis dili (orta)

İş şəraiti:

  • Əmək haqqı 1500-2000 AZN aralığında razılaşma yolu ilə təyin olunur.
  • Nahar şirkət tərəfindən qarşılanır.

Əgər tələblərə cavab verirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində “Mexanika Mühəndisi” qeyd etməyiniz xahiş olunur

  • Daily34
  • Weekly501
  • Monthly2210