Vəzifə öhdəlikləri
- Tibbi məhsulların anbara qəbulu, yerləşdirilməsi və şöbələrə ötürülməsinin təmin edilməsi
- Məhsulların e-qaimə fakturadan proqrama işlənilməsi
- Məhsulları anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, markalanmanın düzgünlüyünü, eləcə də qablaşdırılmanın vəziyyətinin yoxlanılması
- Məhsulların xüsusiyyətindən asılı olaraq onların anbarda düzgün yerləşdirilməsinin təmin edilməsi
- Anbardan ötürülən məhsulların proqrama işlənilməsi
- Məhsulları qəbul edərkən və ya təhvil verərkən sənədlərin dəqiqliyinin yoxlanması
- Görülən işlərlə bağlı normativ sənədlərin daima nəzarətdə saxlanılması
- Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi
Namizədə tələblər
- Ali təhsil
- Müvafiq sahədə 1-3 il təcrübə
- Əczaçılıq üzrə biliklər üstünlük təşkil edir
- Etibarlı PC istifadəçisi (Word, Excel, E-poçt), 1C proqramı üzrə biliklər arzu olunandır
- Müəssisə daxili nizam, intizam qaydalarına əməl etməli
- Yaş həddi 35-dək
İş şəraiti
- Tam iş günü
- Bazar qeyri iş günü
- Əmək haqqı: 900azn
- Nahar müəssisə tərəfindən qarşılanır
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
Namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Anbardar” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.