WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Gecə növbəsi ərzində mağazanın fəaliyyətini koordinasiya etmək
- Satıcı-kassirlərin işinə nəzarət etmək və tapşırıqları bölüşdürmək
- Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək
- Kassa əməliyyatlarına, növbə təhvil-təsliminə və maliyyə intizamına nəzarət etmək
- Məhsulların rəflərdə düzgün yerləşdirilməsini və qiymət etiketlərinin uyğunluğunu yoxlamaq
- Məhsul qalığına, istifadə müddətlərinə və mağazanın ümumi vəziyyətinə nəzarət etmək
- Gecə növbəsi üzrə satış və əməliyyat hesabatlarını hazırlamaq
- Yarandığı halda müştəri müraciətlərini və əməliyyat problemlərini həll etmək
Namizədə tələblər:
- Orta ixtisas və ya ali təhsil
- Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi
- Baş satıcı, növbə rəhbəri və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
- Kassa və POS sistemləri ilə işləmək bacarığı
- Komanda idarəetmə və təşkilatçılıq bacarığı
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İngilis və rus dili biliyi üstünlükdür
- Diqqətlilik, dürüstlük və məsuliyyətlilik
- Gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
Biz nə təklif edirik?
- Beynəlxalq brenddə iş imkanı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əməkhaqqı
- Növbəli iş qrafiki
- Peşəkar təlim və inkişaf imkanları
- Karyera yüksəlişi perspektivi
- Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası
Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər - [email protected]
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.