WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
BAŞ SATICI – GECƏ NÖVBƏSİ
Vəzifə öhdəlikləri:
• Gecə növbəsi ərzində mağazanın fəaliyyətini koordinasiya etmək
• Satıcı-kassirlərin işinə nəzarət etmək və tapşırıqları bölüşdürmək
• Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək
• Kassa əməliyyatlarına, növbə təhvil-təsliminə və maliyyə intizamına nəzarət etmək
• Məhsulların rəflərdə düzgün yerləşdirilməsini və qiymət etiketlərinin uyğunluğunu yoxlamaq
• Məhsul qalığına, istifadə müddətlərinə və mağazanın ümumi vəziyyətinə nəzarət etmək
• Gecə növbəsi üzrə satış və əməliyyat hesabatlarını hazırlamaq
• Yarandığı halda müştəri müraciətlərini və əməliyyat problemlərini həll etmək
Namizədə tələblər:
• Orta ixtisas və ya ali təhsil
• Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi
• Baş satıcı, növbə rəhbəri və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
• Kassa və POS sistemləri ilə işləmək bacarığı
• Komanda idarəetmə və təşkilatçılıq bacarığı
• Azərbaycan dilində sərbəst danışıq bacarığı
• İngilis və rus dili biliyi üstünlükdür
• Diqqətlilik, dürüstlük və məsuliyyətlilik
• Gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
BİZ NƏ TƏKLİF EDİRİK?
• Beynəlxalq brenddə iş imkanı
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
• Stabil əməkhaqqı
• Növbəli iş qrafiki
• Peşəkar təlim və inkişaf imkanları
• Karyera yüksəlişi perspektivi
• Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası
Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 17.09.2026
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.