Satıcı - kassir

  • Deadline 17 Sentyabr 2026

WHSmith Baku komandamıza qoşul!

Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.

Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
  • Müştərilərə məhsul seçimində kömək etmək
  • Satış və kassa əməliyyatlarını düzgün həyata keçirmək
  • Nağd və nağdsız ödənişləri qəbul etmək
  • Məhsulları rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq
  • Məhsulların istifadə müddətinə və mağazadakı qalığına nəzarət etmək
  • Mağazada səliqə və təmizliyin qorunmasında iştirak etmək
  • Şirkətin müştəri xidməti və satış standartlarına riayət etmək
  • Növbə sonunda kassanı təhvil vermək və müvafiq hesabatları təqdim etmək

Namizədə tələblər:

  • Minimum orta təhsil
  • Satış və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı
  • İngilis və rus dili biliyi üstünlükdür
  • Kassa və POS proqramları ilə işləmək bacarığı üstünlükdür
  • Müştəriyönümlülük və yüksək ünsiyyət bacarığı
  • Dürüstlük, diqqətlilik və məsuliyyətlilik
  • Komandada işləmək bacarığı
  • Növbəli iş rejimində, gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq

Biz nə təklif edirik?

  • Beynəlxalq brenddə iş imkanı
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Stabil əməkhaqqı
  • Növbəli iş qrafiki
  • Peşəkar təlim və inkişaf imkanları
  • Karyera yüksəlişi perspektivi
  • Dinamik və beynəlxalq iş mühiti

İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith Baku mağazası

Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər - [email protected]

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly121
  • Monthly1306