WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
SATICI-KASSİR
Vəzifə öhdəlikləri:
• Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
• Müştərilərə məhsul seçimində kömək etmək
• Satış və kassa əməliyyatlarını düzgün həyata keçirmək
• Nağd və nağdsız ödənişləri qəbul etmək
• Məhsulları rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq
• Məhsulların istifadə müddətinə və mağazadakı qalığına nəzarət etmək
• Mağazada səliqə və təmizliyin qorunmasında iştirak etmək
• Şirkətin müştəri xidməti və satış standartlarına riayət etmək
• Növbə sonunda kassanı təhvil vermək və müvafiq hesabatları təqdim etmək
Namizədə tələblər:
• Minimum orta təhsil
• Satış və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür
• Azərbaycan dilində sərbəst danışıq bacarığı
• İngilis və rus dili biliyi üstünlükdür
• Kassa və POS proqramları ilə işləmək bacarığı üstünlükdür
• Müştəriyönümlülük və yüksək ünsiyyət bacarığı
• Dürüstlük, diqqətlilik və məsuliyyətlilik
• Komandada işləmək bacarığı
• Növbəli iş rejimində, gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
BİZ NƏ TƏKLİF EDİRİK?
• Beynəlxalq brenddə iş imkanı
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
• Stabil əməkhaqqı
• Növbəli iş qrafiki
• Peşəkar təlim və inkişaf imkanları
• Karyera yüksəlişi perspektivi
• Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith Baku mağazası
Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 17.09.2026
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.