WOOM Agency komandası üçün peşəkar Qrafik Dizayner axtarır.
Əgər Siz kreativ düşüncəyə malik, vizual kommunikasiya bacarıqları güclü və müxtəlif sahələrdən olan brendlərlə işləmək istəyən bir mütəxəssissinizsə, müraciətinizi gözləyirik.
Vəzifə öhdəlikləri
- Sosial media platformaları üçün post, story və reklam vizuallarının hazırlanması;
- Çap məhsullarının (flyer, buklet, roll-up, vizitkart və s.) dizayn edilməsi;
- Brend identikasına uyğun vizual materialların hazırlanması;
- Kreativ konseptlərin hazırlanmasında və inkişaf etdirilməsində iştirak;
- Marketinq və kontent komandası ilə koordinasiyalı işləmək;
- Süni intellekt (AI) alətlərindən istifadə etməklə dizayn prosesinin optimallaşdırılması.
Tələblər
- Adobe Photoshop və Adobe Illustrator proqramlarını yaxşı səviyyədə bilmək;
- Kompozisiya, tipoqrafiya və rəng nəzəriyyəsi üzrə biliklər;
- Kreativ yanaşma və detallara diqqət;
- Tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirmək bacarığı;
- Portfolio təqdim olunması mütləqdir.
Üstünlük hesab olunur
- Adobe After Effects və ya digər motion dizayn proqramları üzrə biliklər;
- Brendinq layihələrində iştirak təcrübəsi;
- AI alətləri (ChatGPT, Midjourney, Adobe Firefly və s.) ilə işləmək bacarığı.
Sizə nə təklif edirik?
- Fərqli sahələrdə fəaliyyət göstərən brendlərlə işləmək imkanı;
- Peşəkar və inkişafyönümlü komanda mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- Kreativ ideyaların dəyərləndirildiyi iş mühiti;
- Rəqabətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir).
İş yeri: Bakı şəhəri, N.Nərimanov
İş qrafiki: Tam iş günü
Maraqlanan namizədlərdən CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-poçtun mövzu hissəsində "Qrafik Dizayner" qeyd edilməlidir.